“Qarabağ” iki oyunda qələbə qazanıb, ikisində uduzub » Pressing.Az
“Qarabağ” iki oyunda qələbə qazanıb, ikisində uduzub
Gənclər Liqası / Azərbaycan Futbolu 8-09-2024, 13:08

“Qarabağ”ın gənclərdən ibarət komandası (U-16) Neapolda (İtaliya) keçirilən beynəlxalq turnirdə dörd oyun keçirib.

Pressing.az xəbər verir ki, “köhlən atlar” qrupda “Tor Tre Teste” (0:1) və “Benevento”ya (1:3) uduzub.

Təmsilçimiz sonradan “Sansverines (3:1) və “Levante Azzuro”ya (1:1, penaltilərdə 4:2) qalib gəlib.