Millimiz Tacikistana da uduzdu » Pressing.Az
Millimiz Tacikistana da uduzdu
Azərbaycan Futbolu 24-02-2024, 14:01

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə növbəti matçını keçirib.

Pressing.az
xəbər verir ki, yığma 7-8-ci yerlər uğrunda matçda Tacikistanla üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:1.

U-17 qrup mərhələsində Rusiyaya (0:1), Belarusa (0:2) və Özbəkistana (0:2) uduzub.

Beləliklə, komanda beynəlxalq turnirdə sonuncu yeri tutub.