Ramos İspaniya millisindəki karyerasını bitirib  
                
            Dünya Futbolu
            24-02-2023, 09:30
        

PSJ klubunun futbolçusu Serxio Ramos İspaniya millisindəki karyerasını bitirib.
Pressing.az xəbər verir ki, 37 yaşlı müdafiəçi bunu özü açıqlayıb. Sosial şəbəkə hesabında bu barədə paylaşım edən müdafiəçi ona inanan hər kəsə təşəkkür edib.
Qeyd edək ki, 2005-ci ildən İspaniya millisində çıxış edən Ramos yığma ilə dünya və ikiqat Avropa çempionu olub.

