"Milan" 10 illik həsrətə son qoydu » Pressing.Az
"Milan" 10 illik həsrətə son qoydu
Dünya Futbolu 15-02-2023, 18:08

"Milan" klubu 10 ildən sonra UEFA Çempionlar Liqasında pley-off mərhələsində qələbə qazanıb.

Pressing.az
xəbər verir ki, "qırmızı-qaralar" dünən "Tottenhem"ə 1:0 hesabı ilə qalib gəlib.

Son İtaliya çempionu axırıncı dəfə 2013-cü ildə pley-ofda “Barselona”nı məğlub edib - 2:0. Cavab qarşılaşmasında üstün olan kataloniyalılar 1/4 finala adlayıblar.