Musa Qurbanlının komandasından qələbə » Pressing.Az
Musa Qurbanlının komandasından qələbə
Dünya Futbolu 6-05-2024, 09:30

Futbol üzrə İsveç çempionatında 7-ci turun oyunları davam edir.

Pressing.az
xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının da formasını geyindiyi “Yurqorden” səfərdə “Vesteros"la qarşılaşıb. Matçda "Yurqorden" 2:0 hesablı qələbə qazanıb.

Musa bu oyunda iştirak etməyib. O, sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, “Yurqorden” hazırda çempionatın turnir cədvəlində 13 xalla 2-cidir.