Fransa klubunda baş məşqçi istefası
Dünya Futbolu
10-01-2023, 12:30

Fransa Liqa-1 təmsilisi "Strasbur" baş məşqçisi Julyen Stefanla yollarını ayırıb.
Pressing.az xəbər verir ki, mütəxəssis komandanın uğursuz çıxışı səbəbindən istefaya göndərilib. Komanda 8 oyun idi ki, qalib gələ bilmirdi.
Qeyd edək ki, Stefan 2021-ci ilin mayından "Strasbur"u çalışdırırdı. Klub hazırda ölkə çempionatında 11 xalla 19-cu pillədə qərarlaşıb.
