Burak Yılmaz rəsmən "Kayserispor"da » Pressing.Az
Burak Yılmaz rəsmən "Kayserispor"da
Dünya Futbolu 28-01-2024, 15:26

Türkiyəli mütəxəssis Burak Yılmazın yeni iş yeri bəlli olub.

Pressing.az
xəbər verir ki, o, "Kayserispor"a baş məşqçi təyin olunub. 38 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Burak Yılmazın son klubu "Beşiktaş" olub. O, ötən ilin oktyabrında Şenol Güneşin istefa verməsindən sonra 1 ay komandaya rəhbərlik edib.