"Mançester Yunayted"ə ONANA ŞOKU
Dünya Futbolu
19-11-2023, 19:02

"Mançester Yunayted"in əsas qapıçısı Andre Onana Kamerun millisinin heyətində oyunda zədələnib.
Pressing.az xəbər verir ki, Onana DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Mavrikiya ilə duelin (3:0) 81-ci dəqiqəsində meydanda zədə alıb. Kamerun Futbol Federasiyası qapıçının qasıq nahiyəsindən zədə aldığını bildirib.
Onana noyabrın 21-də Liviya millisinə qarşı oynamayacaq.
