Azərbaycan millisinin üzvü Erediviziyada növbəti oyuna çıxdı » Pressing.Az
Azərbaycan millisinin üzvü Erediviziyada növbəti oyuna çıxdı
Dünya Futbolu Dünən, 12:30

Niderland Erediviziyanda 3-cü turun oyunları keçirilir.

Pressing.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” səfərdə “Telstar”la qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb.

Kökçü meydana 46-cı dəqiqədə - komandası hesabda 0:2 geridə olduğu vaxt çıxıb.

Hazırda "Volendam" 3 xalla 10-cu pillədə qərarlaşıb.