Teves bu klubun baş məşqçisi oldu » Pressing.Az
Teves bu klubun baş məşqçisi oldu
Dünya Futbolu 10-07-2025, 10:02

Argentina yığmasının keçmiş hücumçusu Karlos Teves “Atletiko Talyeres” futbol klubunun baş məşqçisi təyin edilib.

Pressing.az xəbər verir ki, 41 yaşlı sabiq futbolçunun qarşısına klubun Argentina çempionatının yüksək divizionundan düşməsinin qarşısını almaq vəzifəsi qoyulub.

Hazırda “Atletiko Talyeres” B zonasında 14-cü yeri tutur.

Teves bu vəzifədə Dieqo Kokkanı əvəzləyib.