Azərbaycanlı futbolçu Ukraynada hamını qabaqladı » Pressing.Az
Azərbaycanlı futbolçu Ukraynada hamını qabaqladı
Dünya Futbolu 7-04-2023, 23:28

Ukraynanın “Aleksandriya” klubunun azərbaycanlı futbolçusu Emil Mustafayev komandasında fevral-mart aylarının ən yaxşı oyunçusu seçilib.

Pressing.az
xəbər verir ki, Mustafayev ötən iki ayda iki qol, iki məhsuldar ötürmə ilə yadda qalıb.

Bunun nəticəsi olaraq 21 yaşlı yarımmüdafiəçi azarkeşlərin səsverməsi nəticəsində digər komanda yoldaşlarını qabaqlayıb.