Valdas Dambrauskas: "Möhtəşəm nəticədir"
“Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Slaviya”ya qalib gəldikləri oyun (0:2) haqda danışıb.
Pressing.az xəbər verir ki, mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında möhtəşəm nəticə qazandıqlarını deyib:
- Matçın əvvəlində yaxşı pressinq edirdik. Rəqibi yaxşı təhlil etmişdik. İlk 20 dəqiqədə topa 60 faiz sahib olduq. Bu, rəqibin yaxşı təhlil edilməsinin nəticəsi idi. Futbolçularımızın oyun boyu diqqətlərini qorumasını istəyirdik, çünki “Slaviya” kimi rəqiblər fiziki cəhətdən yüksək səviyyədə olurlar. Hesabda önə keçdikdən sonra yenidən hücuma atıldıq. Müəyyən mənada bəxt də bizim tərəfimizdə idi. Möhtəşəm nəticədir. İlk ev oyununda ilk qələbə. Bundan yaxşı nə ola bilər ki?