Xəbər lentiwidget-title-icon

Namik Ələskərov "Kəpəz"də - RƏSMİ
Valdas Dambrauskas: "Hər kəs sabah əlindən gələni edəcək"
"Sabah"dan ayrılan oyunçu "Araz-Naxçıvan"da
AFFA rəsmisi Gürcüstanda səfərdə olub
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular məlumdur
Azərbaycan klubunda çexiyalı voleybolçu
“Karvan-Yevlax”dan daha bir transfer - RƏSMİ
"Neftçi"dən "Araz-Naxçıvan"a - RƏSMİ
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
"Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirilib
Azərbaycanın iki boksçusu qızıl medal qazandı
Sabiq "Barselona"lı MLS-də
Azərbaycan çempionatı və kuboku başa çatıb
Azərbaycan cüdoçuları Qazaxıstanda təlim-məşq toplanışındadır
Çaloba "Çelsi"dən getdi
Cəlal Hüseynovun komandasından qələbə
Elvin Cəfərquliyevin durumu bəlli olub
Azərbaycan millisi Avropa çempionatını 17-ci yerdə başa vurub
“Orhus” bütün diqqətini “Sabah”a yönəltdi – Çempionat oyunu təxirə salındı
Azərbaycan yığmasından 2 qələbə
Maldininin oğlu "Kalyari"də
Argentina klubundan yeni transfer
Rahil Məmmədov "Turan Tovuz"da
Azərbaycan millisinin üzvü Türkiyə klubunda
Klublararası Azərbaycan çempionatı başa çatdı

Murad Musayev: "Tarixi gün oldu"

"Sabah"ı, azarkeşlərini təbrik edirəm. Bu gün xüsusi gündür, avrokuboklara vəsiqəni təmin etdik, medalları da həmçinin. Amma medalların meyarını bilmirik, qarşıda oyunlar var. Tarixi gün oldu. İnanıram ki, "Sabah"ın tarixinə bu cür anları yenə yazacağıq. Dayanmaq lazım deyil. Daha da irəli getmək lazımdır".

Pressing.az
xəbər verir ki, bu sözləri "Sabah" klubunun baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 28-ci turunda bu gün "Qəbələ" ilə keçirilən ev oyunundan sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis 3:2 hesablı qələbəni belə şərh edib: "Rəqibin qolu bizə mənfi təsir etdi. İkinci yarıda dəyişikliklər etdik. Oyuna sonradan daxil olanların qələbə payı çoxdur. Xarakter göstərərək qələbə qazandıq. İkinci yarıda hər iki tərəf hücumlar etdi. "Qəbələ" yaxşı futbol oynayır. Onlara uğurlar arzulayıram".

Musayev baş hakim iftar vaxtı olduğu üçün oyunu dayandıranda etiraz etməsinə də aydınlıq gətirib: "Mən hörmətlə yanaşıram və bilirəm ki, İslam dinində bəziləri orucu erkən, bəziləri ondan gec açır. Rəqibin 9 nömrəli futbolçusu pauza verdi və orucunu açdı, su içdi, nəsə yedi. Qısa müddət keçməmiş bütün oyunçular getdilər oruc açmağa, su içməyə. Mən ona etiraz edirdim ki, bir pauza verək, orucunu açsınlar, daha sonra davam etsinlər".

M.Musayev millimizin məşqçisi Arif Əsədovun yığma üzvlərinin fiziki durumunun qaydasında olmadığı fikrinə münasibət bildirib: "Aleksey İsayev İsveçlə görüşdə meydanda oldu. Onun oyununu əla qiymətləndirərdim. Bəxtiyar Avstriya ilə oyunda pis çıxış etdi, çünki pis formada idi. Bu da məlum idi. Əlindən zədə almışdı. Millidəki qalan digər oyunçularımız əla formadadır. "Qarabağ"ın millidə olan oyunçuları da çox yaxşı formadadır. Avrokuboklarda da baxırıq, yaxşı çıxış edirlər. Keçmiş komandam, "Krasnodar"la "Sabah"ın göstəricilərinə baxdıqda, heç də geri qalmırıq. Hətta "Sabah"ın futbolçularının fiziki göstəriciləri "Krasnodar"dan daha yaxşı olur. Ümumi götürsək, çempionatın intensivliyinin artması üçün oyunlarda daha az pauzalar olmalıdır. Aşağı pillələrdə qərarlaşan və nəticəyə oynayan komandalar çox pauza edirlər, oyunu gecikdirirlər, yalandan qıcolmalar tutur. Bütün bunların qarşısını ala biləcək şəxslər hakimlərdir. Onlar buna qarşı çox sərt olmalıdırlar. Avropada bu hərəkətlər keçmir, hakimlər bu tip hallara imkan vermirlər".

M.Musayev komandanın qapıçısı Yusif İmanovun Avstriya ilə oyunda millinin heyətində debüt etməsi və 4 qol buraxması haqda deyib: "Bəzən pis təcrübə 5-6 oyundan sonra sənə daha yaxşı nələrsə verir. Yusiflə dörd buraxılan qolu müzakirə etdik. Bunlardan nəticə çıxarmalıdır ki, öz üzərində işləyib daha da inkişaf etsin”.

Oxşar xəbərlər


Bütün xəbərlər

Namik Ələskərov "Kəpəz"də - RƏSMİ
Valdas Dambrauskas: "Hər kəs sabah əlindən gələni edəcək"
"Sabah"dan ayrılan oyunçu "Araz-Naxçıvan"da
AFFA rəsmisi Gürcüstanda səfərdə olub
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular məlumdur
Azərbaycan klubunda çexiyalı voleybolçu
“Karvan-Yevlax”dan daha bir transfer - RƏSMİ
"Neftçi"dən "Araz-Naxçıvan"a - RƏSMİ
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
"Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirilib
Azərbaycanın iki boksçusu qızıl medal qazandı
Sabiq "Barselona"lı MLS-də
Azərbaycan çempionatı və kuboku başa çatıb
Azərbaycan cüdoçuları Qazaxıstanda təlim-məşq toplanışındadır
Çaloba "Çelsi"dən getdi
Cəlal Hüseynovun komandasından qələbə
Elvin Cəfərquliyevin durumu bəlli olub
Azərbaycan millisi Avropa çempionatını 17-ci yerdə başa vurub
“Orhus” bütün diqqətini “Sabah”a yönəltdi – Çempionat oyunu təxirə salındı
Azərbaycan yığmasından 2 qələbə