Xəbər lentiwidget-title-icon

Azərbaycan kubokuna start verilib
“Sabah”ın rəqibində itki
MLS-in ən yaxşısı o oldu
Yüksək Liqada mövsümə start verilib
"Barselona" Bakıdadır
Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb
UEFA-dan “Sabah”ın futbolçusuna cəza
"Şəmkir" və "Marafon"dan qələbə - İkinci Liqa
Azərbaycan millisinin heyəti açıqlanıb - SİYAHI
“Sabah” və “Barselona”nın açıq məşqinin vaxtı bilinib
Yamalsız da “Barselona”dır... – YAZI
Kamal Umudluya UEFA-dan növbəti təyinat
"Barselona" "Sabah" üçün ən uzun məsafəni qət edəcək
Murata "Sumqayıt"a lazım olmadı - RƏSMİ
"Sabah" - "Barselona" oyununun hakimləri açıqlanıb
SON DƏQİQƏ! Lamin Yamal “Sabah”la oyunu buraxacaq
İkinci Liqada tura yekun vurulur
Davit Volkovun "Zirə"də 50-ci qolu
"Neftçi"dən qələbə - ABL
Premyer Liqamızda yeni tamaşaçı rekordu
Azərbaycan boksçuları Avropa çempionatının yarımfinalında
Renat Dadaşovun komandası qələbə qazandı
Gəncədə əla atmosfer, qolsuz oyun - VİDEO
"Az qol buraxmağımızın səbəblərindən biri odur ki..." - Azər Məmmədov
“İmişli”nin baş məşqçisi təyin olundu

"Vəziyyət yaxşı deyil" – Ayxan Abbasov

"Şamaxı" klubu Misli Premyer Liqasının 33-cü turunda doğma meydanda "Səbail"lə 1:1 hesablı heç-heçə edib.

Pressing.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun alındı. Bilirdik ki, "Səbail" son matçlara final kimi yanaşır. Aqressiyaları, istəkləri görünürdü. "Araz-Naxçıvan"la görüşdə də pis oynamamışdılar. Önə keçəndən sonra epizodları dəyərləndirə bilmədik. Hesab 2:0 olsaydı, oyun bitəcəkdi. Penaltidən sonra üstünlük rəqibdən oldu. Bu da normaldır. 1 xal qazandıq. Bu gün azarkeşlər çox idi. Onlara 3 xal hədiyyə etmək istəyərdik. Məğlubiyyətsiz seriyamız davam edir. Bu stabilliyi ikinci dövrədə göstərə bilsəydik, bu gün başqa yerlər uğrunda oynayardıq. İldən-ilə təcrübə qazanacağıq. Çempionatda əsas işimizin öhdəsindən gəlmişik. Futbolçuların peşəkar yanaşması məni sevindirir.

- Edqar Adilxanovun zədəsi ciddidir?

- Xeyr. İnanmıram ciddi olsun.

- Müqaviləsi başa çatan legionerlərlə bağlı vəziyyət nə yerdədir?

- Gözləyirik. Büdcə tam bilinmir. Sponsorsuz komandayıq. Dövlətin ayırdığı pulla komandanı saxlamışıq. Yəqin yaxın günlərdə bəlli olar. Bəzi futbolçularla müqaviləmiz var. Heyəti qorumaq çətindir. Yenidən komanda qurmaq, seleksiya aparmaq bir məşqçi kimi mənim üçün çətin olacaq. Vəziyyət yaxşı deyil.

- Büdcənin bilinməməsi sizin üçün nə dərəcədə çətinlik yaradacaq?

- Builki işimizin öhdəsindən gəlmişik. Gələn mövsümə hazırlıq getməlidir. Biz gecikirik. Kömək olmasa, çox çətin olacaq.

- Büdcə qeyri-müəyyən olsa da, Rikardo Fernandeslə yeni müqavilə imzaladız. Onunla necə razılığa gələ bildiz?

- Bütün legionerlərlə danışırıq. Rikardo komandanın əvəzolunmaz simasıdır. Təklifləri var idi. Onunla razılığa gələ bildik.

Oxşar xəbərlər