Azərbaycan millisindən böyükhesablı qələbə » Pressing.Az
Azərbaycan millisindən böyükhesablı qələbə
Azərbaycan Futbolu 23-02-2023, 18:18

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Pressing.az
xəbər verir ki, EFA U-17 komandası ilə qarşılaşan millimiz 5:0 hesablı qələbə qazanıb.

U-16-nın qollarını biri penaltidən olmaqla ikisini Ariz Kərimov, Hüseyn Vəlizadə (2) və Nicat Məhərrəmov vurub.