2-ci liqa klubuna texniki məğlubiyyət verilib » Pressing.Az
2-ci liqa klubuna texniki məğlubiyyət verilib
Azərbaycan Futbolu Dünən, 16:30

Azərbaycan 2-ci liqasında mübarizə aparan "Lerik" komandası texniki məğlubiyyət ilə cəzalandırılıb.

Pressing.az xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.

2-ci liqanın 7-ci turunun “Şəfa” ilə matçı “Lerik”in görüşə gəlməməsi səbəbindən baş tutmayıb. Ona görə də “Lerik”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Həmçinin komanda 300 manat cərimələnib.