Xəbər lentiwidget-title-icon

Qusar təmsilçisində daha bir müqavilə - RƏSMİ
"Sabah"da ayrılıq - RƏSMİ
Bədavi Hüseynov daha 1 il "Qarabağ"da - RƏSMİ
"Qarabağ"dan ayrılan futbolçunun yeni klubu
Şahin Diniyev: "Futbolçuların üstünə çox getmək də doğru deyil" – AÇIQLAMA
Azərbaycan boksçusu dünya kubokunda qızıl medal qazanıb
21 iyun: Bugünkü oyunlara hansı kanallardan baxaq? - TV AFİŞA
Yaponiya Tunisə rəhm etmədi - VİDEO
Almaniyadan çətin qələbə - VİDEO
“Neftçi” dünya seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
“Zirə” yeni qapıçı ilə anlaşdı - RƏSMİ
Azərbaycanın 1 boksçusu finala yüksəlib, 2-si bürünc medal qazanıb
"Şahdağ Qusar"da yeni müqavilə - RƏSMİ
DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi
DÇ-2026: Almaniya geridönüşlə qalib gəldi
DÇ-2026: Niderland darmadağına sevindi
Niderland millisindən unikal göstərici
YO: "Qarabağ" "Zirə"yə qalib gəldi
"Turan Tovuz"da iki ayrılıq
"Neftçi"dən Elvin Camalov qərarı - RƏSMİ
"Neftçi"də daha bir braziliyalı - RƏSMİ
Azərbaycan millisindən bir qələbə, bir məğlubiyyət
Rafael Fiziyev Bakıya gəldi
20 iyun: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olunub – FOTOLAR

"Hansısa basqı durumundan söhbət gedə bilməz" – Qurban Qurbanov

"Qarabağ" Futbol Klubu bu gün, avqustun 28-də öz meydanında "Dinamo" (Zaqreb, Xorvatiya) klubunu qəbul edir. Oyun UEFA Çempionlar liqasının play-off mərhələsi çərçivəsində keçirilir. Bu o deməkdi ki, dünəndən etibarən qonaq komanda və onun azarkeşləri artıq ölkəmizdədi.

Qonaq azarkeşlərə xüsusi aksent etməyimiz təsadüfi deyil. Xorvat azarkeşlər UEFA qadağasından sonra ilk dəfədi ki, öz komandasını səfər görüşündə dəstəkləyəcək. Buna qədər isə onlara səfərdə iştirak qadağan edilmişdi. Səbəbi isə çox ağırdı.

Aqressiv və kobud münasibəti ilə seçilən xorvat azarkeşlər keçən ilin avqustunda Çempionlar Liqasının oyunu çərçivəsində Afinada keçirilən oyunda dava edərək yerli azarkeşləri döymüş və nəticədə 1 yunan azarkeş stadionda öldürmüşdülər. Bundan sonra UEFA xorvatlara öz komandasını səfərlərdə dəstəkləməyi qadağan etmişdi. Amma görünür, bu qadağa yalnız 1 illik müddətə təyin edilibmiş. Çünki "Qarabağ"la oyun ərəfəsində bu qadağa ləğv edilib.

Təbii ki, qərar UEFA-ya məxsus olduğu üçün mübahisə edilmir. Amma xorvat azarkeşlərin məhz bu oyun öncəsi cəzasının ləğv edilməsi də narahatlıq yaratmaya bilməz.

Elə xorvat sosial mediasını da izləyərkən görürsən ki, xorvatlar özləti də bu məsələdə birmənalı düşünmür və öz azarkeşlərinin qonaq olduğu yerlərdə hərəkətlərinin adekvat olacağından əmin deyil.

Eyni zamanda "Qarabağ"ın səfər oyunu zamanı azarkeş aqressiyası ilə qarşılaşdığına dair fikirlərə də rast gəlmək olar. Əslində bir komandanın oyununa azarkeş münasibətinin təsir edəcəyini düşünmək qeyri-peşəkarlıq sayıla bilər. Amma bunun psixoloji təsirsiz ötüşməyəcəyini də hər kəs bilir. Xüsusilə səfər oyunlarında, qonaq meydanında, rəqibin çoxsaylı azarkeş ordusu ilə üzbəüz olmaq mənəvi hazırlıq tələb edən məsələdi.

"Qarabağ" səfər oyununda xorvatlara böyük hesabla uduzub. Özü də çox mükəmməl qol vəziyyətlərini başa çatdıra bilməyib. Bunun həyəcan, yaxud digər psixoloji məqamlarla əlaqələndirilməsini istəməsəm də, xorvat sosial mediasını izlədikdən sonra düşünürəm ki, azarkeş basqısına dair söhbətlərin bəlkə də bir əsası var.

Amma "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov mia.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, Xorvatiyada oyun zamanı stadionda böyük azarkeş coşqusunu müşahidə ediblər, amma bu rəqibə qarşı peşəkar oyunu həyata keçirməyə onlara mane olmayıb: "Azarkeşlər stadionların bəzəyidi və biz onları hər zaman görməyə çox məmnun oluruq. Zaqrebdə də böyük azarkeş ordusu var idi. Onların öz komandasına dəstəyi təbiidi. Amma hansısa basqı durumundan söhbət gedə bilməz".

Xorvat azarkeşlərinin qadağasının məhz "Qarabağ"la oyun öncəsi götürülməsinə gəlincə, baş məşqçi hesab edir ki, bu, sadəcə, prosedura aid məsələdi və xüsusi bir jest olduğunu düşünmür: "Baxmaq lazımdı ki, UEFA həmin qərarı nə vaxt və hansı müddətə təyin edib. Ola bilər ki, qadağanın ləğvi bizimlə oyun ərəfəsinə düşüb".

Baş məşqçi onu da əlavə edir ki, xorvat azarkeşlərin Bakıdakı oyun zamanı adekvat ola bilməyəcəyini düşünmür: "Qoy gəlsinlər, Bakı gözəl şəhərdi, qonağımız olsunlar, şəhərimizin gözəlliyi ilə tanış olsunlar. Bütün azarkeşləri görməyə şad oluruq və onların öz komandasına dəstəyinə sevinirik".

Bu axşamı sağ-salamat və qalibiyyətlə başa vuracağımıza biz də inanırıq.

Xatırladaq ki, Saat 20.45-də başlayacaq qarşılaşmanı TRTSPOR-da canlı verəcək.

Mənbə: Mia.az

Oxşar xəbərlər


Bütün xəbərlər

Qusar təmsilçisində daha bir müqavilə - RƏSMİ
"Sabah"da ayrılıq - RƏSMİ
Bədavi Hüseynov daha 1 il "Qarabağ"da - RƏSMİ
"Qarabağ"dan ayrılan futbolçunun yeni klubu
Şahin Diniyev: "Futbolçuların üstünə çox getmək də doğru deyil" – AÇIQLAMA
Azərbaycan boksçusu dünya kubokunda qızıl medal qazanıb
21 iyun: Bugünkü oyunlara hansı kanallardan baxaq? - TV AFİŞA
Yaponiya Tunisə rəhm etmədi - VİDEO
Almaniyadan çətin qələbə - VİDEO
“Neftçi” dünya seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
“Zirə” yeni qapıçı ilə anlaşdı - RƏSMİ
Azərbaycanın 1 boksçusu finala yüksəlib, 2-si bürünc medal qazanıb
"Şahdağ Qusar"da yeni müqavilə - RƏSMİ
DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi
DÇ-2026: Almaniya geridönüşlə qalib gəldi
DÇ-2026: Niderland darmadağına sevindi
Niderland millisindən unikal göstərici
YO: "Qarabağ" "Zirə"yə qalib gəldi
"Turan Tovuz"da iki ayrılıq
"Neftçi"dən Elvin Camalov qərarı - RƏSMİ