U-21 millisinin daha bir oyununun yeri müəyyənləşib » Pressing.Az
U-21 millisinin daha bir oyununun yeri müəyyənləşib
Azərbaycan Futbolu 12-07-2024, 14:30

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Serbiya yığması ilə keçirəcəyi ev oyununun yeri müəyyənləşib.

Pressing.az xəbər verir ki, F qrupu çərçivəsində sentyabrın 10-da təşkil olunacaq görüş “Liv Bona De Arena”da olacaq. Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcək.

Qeyd edək ki, U-21 sentyabrın 6-da Eş-Sur-Alzett şəhərində yerləşən “Emile Mayrisch” stadionunda Lüksemburq millisi ilə qarşılaşacaq.