Xəbər lentiwidget-title-icon

“Sabah”da litvalı oyunçu - RƏSMİ
Rəşad Əzizli "Kəpəz"də - RƏSMİ
Bundesliqa klubundan yeni transfer
İtaliya klubunda itki
“Karvan-Yevlax”da yeni hücumçu aldı - RƏSMİ
“Sabah” – “Orhus” matçının bütün biletləri satıldı!
"Çelsi"dən Fransa klubuna
"Kəpəz"də daha bir legioner - RƏSMİ
"Bayern"dən Harri Keynlə bağlı qərar
11 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabah" Çempionlar Liqasında cavab oyununa çıxır
"Barselona"nın ulduzu "Liverpul"da
Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilib
BCF-dən Bakıda cüdo məşqçiliyi üzrə sertifikat proqramı keçirilir
Braziliyalı futbolçu "Qəbələ"də
I Liqa klubundan “Kəpəz”ə - RƏSMİ
Namik Ələskərov "Kəpəz"də - RƏSMİ
Valdas Dambrauskas: "Hər kəs sabah əlindən gələni edəcək"
"Sabah"dan ayrılan oyunçu "Araz-Naxçıvan"da
AFFA rəsmisi Gürcüstanda səfərdə olub
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular məlumdur
Azərbaycan klubunda çexiyalı voleybolçu
“Karvan-Yevlax”dan daha bir transfer - RƏSMİ
"Neftçi"dən "Araz-Naxçıvan"a - RƏSMİ
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək

"Onlar düşünürlər ki, baş məşqçi getsə, hər şey düzələcək" – Elmar Baxşıyev

"Oyuna yaxşı hazırlaşmışdıq. Komanda istəkli idi. Qalib gəlmək istəyirdik, təəssüf ki, alınmadı. Çox danışmaq istəmirəm".

Pressing.az
xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 24-cü turunun "Kəpəz"lə(2:1) oyunundan sonra mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Klub rərbərliyi ilə iclas keçirirdiz?

- Xeyr, komanda ilə danışırdıq. Tövsiyyələrimizi verirdik, komandanı növbəti oyuna kökləyirdik.

- Oyunun qırılma nöqtəsi hansı epizod oldu?

- Hər şey biz istədiyimiz kimi deyil. Oyunun qırılma nöqtəsi başqa detaldır. Verilməyən penaltilər var. Futbolçunun başını yarmalıdırlar ki, penalti versinlər? Bizə qarşı fərqli qərar verirlər.

- İlk dəfədir ki, Qəbələdə istefa şüarları səsləndirilir...

- Azarkeşləri də başa düşürük. Onlar komandanı yaxşı görmək istəyirlər. Düşünürlər ki, baş məşqçi getsə, hər şey düzələcək. Mən yapışıb qalmamışam, mənə inana insan var. O nə vaxt yolları ayıracaqlarsa, mən də gedəcəyəm.

- Emil Səfərovun zəif oyununun səbəbi nə idi? Həyəcanla bağlı ola bilər?

- Emil artıq gənclik mərhələsini keçib. Millinin futbolçusu həyəcanlanırsa, onun inkişafında problem olacaq. Amma səbəb həyəcan deyildi. Zəif oynadı, toparlanmalıdır.

- Azarkeşlərlə görüşünüz olacaq?

- Mən bir ay deyil ki, buradayam. Heç kimdən qaçmıram, kim istəsə, görüşə bilərik. Çıxış yolunu mənim getməyimdə bilirlərsə, klub prezidenti ilə görüşüb istəklərini bildirsinlər.

- Əlinizdəki heyət bu yerə layiqdir?

- Heyət o qədər də aciz deyil. Amma 24 tur ərzində 9 dəfə azlıqda qalmışıq. Problem özümüzdədir. Komanda dişini göstərməlidir. Məşqdə fərqli istək görürük, amma oyunda bunu görə bilmədik.

- Komandanın uğursuzluğunu sabiq baş menecer Nail Kərimova bağlamaq olar?

- Düşünürəm ki, yoxdur. Səbəbləri bir nəfərdə görmək lazım deyil. Ötən ilki futbolçuları saxlamaq çox çətin oldu.

- "Kəpəz"ə ev oyunlarını Qəbələdə keçirməyə icazə vermisiz. Əsas rəqibiniz sizin stadionda xallar qazanır. Sizcə, bu, doğrudur?

- Bu, mənə aid olan sual deyil. Məsuliyyət həmişə məşqçinin üzərində olur. Bu durumdan xarakter göstərib çıxacağıq.

- Qarşıda 12 tur var. Komandanın neçə xal yığacağını düşünürsünüz?

- Rəqəmlə demək çətindir, hər oyunun öz hökmü var. Bu oyun bütün komandaya bir siqnal olmalıdır. Bəli, artıq çox şeyi itirmişik. Amma fikirləşsək ki hər şey bitib, onda mübarizə dayanacaq. Komandama inanıram.

- Ötən mövsüm son pillələrdə olan komandaların baş məşqçiləri bildirirdilər ki, Premyer Liqadan düşmək ləğv olunsun. Siz necə düşünürsünüz, idman prinsipləri qorunmalıdır?

- Bizim işimiz komanda ilə bağlıdır. Düşmək olacaqsa, barışmaq lazımdır. Qanun nəyi tələb edirsə, ona uyğunlaşmalıyıq.

Oxşar xəbərlər