Xəbər lentiwidget-title-icon

"Futbolçularımın performansı haqda danışmaq istəmirəm" - Valdas Dambrauskas
Azər Məmmədov: "Keyfiyyət fərqi öz sözünü dedi"
"Sabah" "Kəpəz"ə qalib gəldi, Qəbələdə "sülh" - YENİLƏNİB
Cavid Hüseynovdan heç-heçə şərhi
Fərid Namazov: "Bu gün hər iki komanda qələbə qazana bilərdi"
"Sabah" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Araz-Naxçıvan" - "İmişli" matçı üçün HEYƏTLƏR
Ferran Torres rəsmən PSJ-də
Ş.Məmmədyarovun komandası Türkiyə Super Liqasının qalibi olub
İlham Zəkiyev Avropa çempionatının finalında!
"Lion"da yeni futbolçu
15 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabahın Ulduzları": "Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
Azərbaycanın daha üç boksçusu Avropa çempionatında mərhələ adladı
MPL: “Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı
“Səbail”dən Türkiyədə ilk yoxlama oyununda qələbə
"Traktor"dan mövsümə qələbə ilə start
"Turan Tovuz"un qələbəsi - VİDEO
Cəlal oynadı, komandası qalib gəldi
Kaxaber Sxadadze: "Bu komanda daha yaxşı nəticələr əldə edə bilər"
"Mövsümə uğurlu başlamaq baxımından çox vacib xallar idi" - Kurban Berdıyev
"Neftçi"dən Tunis klubuna - RƏSMİ
"Turan Tovuz" mövsümə qələbə ilə start verdi - YENİLƏNİB
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atılıb

"Zirə" bu gün mərkəzi keçə bilmirdi" - Şahin Diniyev

"Səbail" klubu futbol üzrə Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində "Zirə"yə 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Pressing.az
xəbər verir ki, bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Zirə"ni təbrik edirəm. Layiqli qələbə qazandılar. Bunu qəbul etmək lazımdır. Bunlardan dərs çıxarmalıyıq. Oyunun qırılma nöqtəsi 3-cü dəqiqə oldu. Təsadüfi və sadə qol buraxdıq. Taktiki sistem ondan sonra qırıldı. Mütləq irəli getməliydik. Təmkinlə yox, emosiolarla irəli getdik. Yadıma gəlmir ki, bir oyunda bu qədər qol epizodu yaradaq. Bir qol vursaydıq, bəlkə vəziyyəti dəyişərdik. Hücumda oynamağa çalışdıq. Rəşad Sadıqov düzgün taktika quraraq, bizi əks-hücumlarda tutdu. 3-cü dəqiqədə buraxıaln qol planları pozdu. Futbolçular istəkli idi. Bu qədər epizoddan istifadə etməmək nəticəyə təsir edəcək. Çempionata köklənməliyik. Finala qədər getsəydik də, çətin olacaqdı. Yeni oyunçular tam adaptasiya olmasalar da, keyfiyyətli oyunçulardır.

- Pedro Nunonu niyə sonradan meydana buraxdız?

- Nə Madini, nə Masikeni, nə də Alluşu hazırlıq matçlarında görməmişəm. Onların potensiallarına baxmaq üçün meydana buraxdım. Pedronu tanıyıram. Çempionatdakı oyunlar üçün vacib idi ki, Madi, Masike və Alluşun tam gücünü bilək. Pedro özünü sübut etmiş oyunçudur. Deməzdim ki, kuboku çempionat qurban verdik. Kubokda da oynamaq istəyirdik. Alınmadı. Çox bəsit qollar buraxırıq. Müdafiədə çox pis oynayırıq. "Qarabağ"la oyuna baxıram, müdafiədə çox yaxşı idik. Məcburiyyətdən irəli getdik. Fərdi səhvlər çox idi. Futbolçuların üstünə də getmək olmaz. Onlara dəstək olmalıyıq. Günahkar mənəm, futbolçuların arxasındayam. Komanda uduzubsa, məsuliyyət məndədir.

- Kubokla vidalaşdız, çempionatda 6-cı pillədəsiz. Vəziyyətdən necə çıxacaqsız?

- Xoşuma gəlməyən ruhdan düşən insandır. Yıxılmamışıq. Komandamın oyunu və sistemi var. "Zirə" bu gün mərkəzi keçə bilmirdi. Futbolçuların işə yanaşmasına görə də, auramı korlamıram. Çempionatın əvvəlində üç oyundan sonra 1 xalımız var idi. Bomba bir yerə iki dəfə düşmür. Amma yenə düşə bilər. Zədəlilərimiz oldu. Çempionatın üç oyunundan sonra yenə bir xalımız var. Komandada hələ çox şeylər görəcəksiz. Düzgün yoldayıq.

- Bu vəziyyət klubdakı gələcək taleyinizə necə təsir edəcək?

- Mənim üçün şəxsi müqavilədən daha çox komandanın uğuru öndədir. Heç vaxt qorxmamışam. Savadımı əlimdən ala bilməzlər. Əsas odur. Hər bir məşqçinin çemodanı yanında olmalıdır. Komandaya inamım böyükdür. Keçən ilki "Səbail" deyilik. "Qarabağ"la başabaş oynayan komandayıq. Uğursuzluq çox çəkməyəcək. Bəhanələrim yoxdur. Bu kollektiv "Səbail"i irəli aparacaq.

- Ağabala Ramazanov və David Qomis məşqlərə başlayıb?

- Martdan tez başlamayacaqlar.

Oxşar xəbərlər


Bütün xəbərlər

"Futbolçularımın performansı haqda danışmaq istəmirəm" - Valdas Dambrauskas
Azər Məmmədov: "Keyfiyyət fərqi öz sözünü dedi"
"Sabah" "Kəpəz"ə qalib gəldi, Qəbələdə "sülh" - YENİLƏNİB
Cavid Hüseynovdan heç-heçə şərhi
Fərid Namazov: "Bu gün hər iki komanda qələbə qazana bilərdi"
"Sabah" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Araz-Naxçıvan" - "İmişli" matçı üçün HEYƏTLƏR
Ferran Torres rəsmən PSJ-də
Ş.Məmmədyarovun komandası Türkiyə Super Liqasının qalibi olub
İlham Zəkiyev Avropa çempionatının finalında!
"Lion"da yeni futbolçu
15 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabahın Ulduzları": "Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
Azərbaycanın daha üç boksçusu Avropa çempionatında mərhələ adladı
MPL: “Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı
“Səbail”dən Türkiyədə ilk yoxlama oyununda qələbə
"Traktor"dan mövsümə qələbə ilə start
"Turan Tovuz"un qələbəsi - VİDEO
Cəlal oynadı, komandası qalib gəldi