Xəbər lentiwidget-title-icon

Rəşad Eyyubov: “Heç-heçə ədalətli nəticədir” - AÇIQLAMA
Türkiyə millisi 24 ildən sonra dünya çempionatında!
UML: Lüksemburq və Latviya C Liqasında qaldılar
Azərbaycan millisi Bolqarıstanla heç-heçə etdi
"Qarabağ"lı oynadı, komandası uduzdu
"Tottenhem"i "bataqlıq"dan o çıxaracaq?
Azərbaycan millisi Türkiyə seçməsi ilə birgə
Azərbaycan çempionatına yekun vurulub
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlanıb
Aydın bayramov: “D Liqasını bizim milliyə yaraşdırmıram" – AÇIQLAMA
Gəncədə keçiriləcək Avropa kubokunda 11 ölkə təmsil ediləcək
31 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
DÇ-2026: “Pley-off”da final günü
Azərbaycanın U-21 yığması Bolqarıstana qarşı
"Barselona"dan Flik qərarı
“Neftçi”dən növbəti qələbə - ABL
Umarali Rahmonaliyevin komandası penaltilərlə sevindi
Azərbaycan millisinin qələbəsi - VİDEO
Küçə meydançalarından dünya səhnəsinə – "Red Bull Four2Score" dünyanı fəth edir
Ayxan Abbasov: "Amma bu oyun bizə siqnallar verdi"
“Bu, yeni yolun başlanğıcıdır” - Cahangir Fərəcullayev
Elvin Cəfərquliyev FİFA seriyası turnirinin ən yaxşı oyunçusu seçildi
Azərbaycan yığması FİFA seriyasının qalibi oldu
Klub prezidenti beynəlxalq proqramı uğurla başa vurub – FOTOLAR
Azərbaycan parataekvondoçularından Türkiyədə 4 medal

"Mənim komandam heç bir zaman vaxt aparmayıb" - Samir Abasov

"Sumqayıt" klubu Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Sabah"a 1:3 hesabı ilə məğlub olub.

Pressing.az
xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibi təbrik edirəm. Bu gün ən yaxşı oyunlarımızdan birini keçirdik. Yeni gələn oyunçular üçün bir az çətindir. "Sabah"ı ilk dəfədir görürlər. Top rəqibdə olanda da nə etməli olduğumuzu bilirdik. Futbolçuları təbrik etdim. 4 gündən sonra təxirə salınmış oyunumuz olacaq. Bizi məyus edən İsa Sulimanın zədələnməsidir. Zədəsi ciddi olsa, onu layiqincə əvəz edən olacaq.

- Hakimin sizə sarı vərəqə verməsindən narazı qaldınız?

- Artıq hakimlər gestapoya çevrilib, hər sözə sarı vərəqə verirlər. Məşqçi sözünü deməlidir. Biz də oyunun içindəyik. Fikriniz nədir sizin? Bəzi şeylərdə güzəşt olmalıdır. Bunlar oyunun bir hissəsidir. Öz işlərini rahatlaşdırmaq üçün edirlər. Ümumi olaraq bu gün hakimlik pis deyildi. Mənim sarı vərəqə görməyim normaldır. Bu, birinci dəfə deyil. Bundan sonra da olacaq.

- Nəticə üçün nə çatmadı?

- Narazı qaldığım məqamlar var. 4 gündən sonra bu rəqiblə yenə oyunumuz var deyə onları deyə bilmərəm. Bəzi futbolçuların üzərində dayanacam. İndi adlarını çəkmirəm.

- Murad Musayev tez-tez deyir ki, rəqiblər çox vaxt aparır. Sizin bu məsələyə münasibətiniz necədir? Yusif İmanov yerdə olanda kinayə ilə əl çaldınız...

- Bəli, o kinayə idi. Sırf Murad Musayevə və "Sabah"a. Ona görə idi ki, bax, sənin də başına gələ bilər. Mənim oyunçumun dizi ağrayırsa, bu, vaxt aparmaq deyil. Öz futbolçuları oyundan sonra yaxınlaşıb soruşur ki, məşqçiyə nə deyirdin? Cənab baş məşqçi, kimisə qınayırsızsa, yadınıza bir hadisəni salım. Mən "Neftçi"də baş məşqçi olanda "Sabah" bizi 2:0 udurdu. Həmin oyunu 2:2-yə gətirdik. Hondanın təmiz qolu satılmadı. Bu vaxta qədər Azərbaycan çempionatının ən mükəmməl vaxt uzadanı Saşa Stamenkoviç idi. O da "Sabah"ın qapıçısı olub. Onda "CBC Sport"un ekspertləri məni qınadılar ki, nədən narazısan? Udmaq istəyirlər, vaxt aparırlar. Halbuki, qol vurub önə çıxmışıq. Onda hətta öz klubumuzun rəhbərliyi də dedi ki, niyə hakimdən danışırsan. Bu gün belə danışıqlar düzgün deyil. Mən "Sumqayıt"a yeni gəldiyim zamanlarda vaxt apardığı üçün komandadan futbolçu qovmuşam, cərimələr yazmışam. Mənim komandam heç bir zaman vaxt aparmayıb. Bunu edən rəqiblərə də heç nə deyə bilmərəm. Hansı ki bu gün "Sabah" edir.

Oxşar xəbərlər


Bütün xəbərlər

Rəşad Eyyubov: “Heç-heçə ədalətli nəticədir” - AÇIQLAMA
Türkiyə millisi 24 ildən sonra dünya çempionatında!
UML: Lüksemburq və Latviya C Liqasında qaldılar
Azərbaycan millisi Bolqarıstanla heç-heçə etdi
"Qarabağ"lı oynadı, komandası uduzdu
"Tottenhem"i "bataqlıq"dan o çıxaracaq?
Azərbaycan millisi Türkiyə seçməsi ilə birgə
Azərbaycan çempionatına yekun vurulub
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlanıb
Aydın bayramov: “D Liqasını bizim milliyə yaraşdırmıram" – AÇIQLAMA
Gəncədə keçiriləcək Avropa kubokunda 11 ölkə təmsil ediləcək
31 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
DÇ-2026: “Pley-off”da final günü
Azərbaycanın U-21 yığması Bolqarıstana qarşı
"Barselona"dan Flik qərarı
“Neftçi”dən növbəti qələbə - ABL
Umarali Rahmonaliyevin komandası penaltilərlə sevindi
Azərbaycan millisinin qələbəsi - VİDEO
Küçə meydançalarından dünya səhnəsinə – "Red Bull Four2Score" dünyanı fəth edir
Ayxan Abbasov: "Amma bu oyun bizə siqnallar verdi"