Xəbər lentiwidget-title-icon

"Futbolçularımın performansı haqda danışmaq istəmirəm" - Valdas Dambrauskas
Azər Məmmədov: "Keyfiyyət fərqi öz sözünü dedi"
"Sabah" "Kəpəz"ə qalib gəldi, Qəbələdə "sülh" - YENİLƏNİB
Cavid Hüseynovdan heç-heçə şərhi
Fərid Namazov: "Bu gün hər iki komanda qələbə qazana bilərdi"
"Sabah" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Araz-Naxçıvan" - "İmişli" matçı üçün HEYƏTLƏR
Ferran Torres rəsmən PSJ-də
Ş.Məmmədyarovun komandası Türkiyə Super Liqasının qalibi olub
İlham Zəkiyev Avropa çempionatının finalında!
"Lion"da yeni futbolçu
15 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabahın Ulduzları": "Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
Azərbaycanın daha üç boksçusu Avropa çempionatında mərhələ adladı
MPL: “Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı
“Səbail”dən Türkiyədə ilk yoxlama oyununda qələbə
"Traktor"dan mövsümə qələbə ilə start
"Turan Tovuz"un qələbəsi - VİDEO
Cəlal oynadı, komandası qalib gəldi
Kaxaber Sxadadze: "Bu komanda daha yaxşı nəticələr əldə edə bilər"
"Mövsümə uğurlu başlamaq baxımından çox vacib xallar idi" - Kurban Berdıyev
"Neftçi"dən Tunis klubuna - RƏSMİ
"Turan Tovuz" mövsümə qələbə ilə start verdi - YENİLƏNİB
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atılıb

“Qarabağ” və EFA arasında əməkdaşlıq müqaviləsi imzalandı

“Qarabağ” Futbol Klubu ilə Avropa Futbol Akademiyası (EFA) arasında əməkdaşlıq barədə müqavilə imzalanıb.

Pressing.az
xəbər verir ki, anlaşmanın imzalanma mərasimində "Qarabağ"ın baş direktoru Emrah Çelikel, EFA-nın təsisçi-direktoru Vüsal Mustafayev, "Qarabağ" Futbol Akademiyasının inzibati işlər üzrə direktoru Murat Karaman, EFA-nın baş meneceri Kamran Bayramov iştirak ediblər.

“Qarabağ”ın baş direktoru Emrah Çelikel əməkdaşlığın perspektivlərindən bəhs edib: “Çox yaxşı haldır ki, Azərbaycanda uşaq futbolununa diqqət ayıran, bu istiqamətdə püxtələşən belə bir akademiya fəaliyyət göstərir. Sözügedən akademiyanın iş prinsipləri və futbola yanaşması ilə yaxından tanış olduq və perspektiv vəd edən müqaviləyə imza atdıq. EFA-nın bizimlə əməkdaşlıq etmək istəyi “Qarabağ”a verilən dəyəri göstərir. İnanıram ki, “Qarabağ”la anlaşma EFA-nın fəaliyyətinə əlavə stimul verəcək və yeni futbolçuların akademiyaya cəlb olunmasında, onların inkişafında müsbət rol oynayacaq. Bu, Azərbaycan futbolu və “Qarabağ” üçün yeni gənc futbolçuların yetişməsi mənasında bir şans, bir üstünlükdür”.

EFA-nın təsisçis-direktoru Vüsal Mustafayev müqavilə barədə fikirlərini açıqlayıb: “Qarabağ” kimi böyük bir klubla müqavilə bağladığımız üçün çox şadıq. “Qarabağ” illərdir nəinki Azərbaycanda, Avropa arenalarında sözünü layiqincə demiş, adından söz etdirmiş komandadır. “Qarabağ”la müqavilə imzalamaq bizim üçün çox önəmli, çox qürurvericidir. Bu əməkdaşlıq sayəsində yerli futbolçularımız böyük arenalarda oynamaq şansı əldə edəcək, “Qarabağ”ın seçimi isə böyüyəcək və gənclər arasında rəqabət artacaq”.

Qeyd edək ki, əsas məqsədi ölkədə uşaq futbolunu inkişaf etdirmək və yüksək səviyyəli futbolçular yetişdirmək olan EFA 2017-cl ildə yaradılıb. Akademiyada 9-17 yaşadək futbolçulardan ibarət komandaların tərkibində 300-ə yaxın yeniyetmə futbolun sirlərinə yiyələnir. Sözügüdən komandalar AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə turnirlərdə mübarizə aparır. Hazırda EFA-nın yetimələrindən bir neçəsi Avropanın müxtəlif klublarında top qovur. Akademiyanın yetirmələri aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarına da cəlb olunur. Müqaviləyə əsasən “Qarabağ” Futbol Klubu EFA-nın tərkibində fərqlənən, perspektiv vəd edən futbolçuları öz komandalarına qatmaq hüququna malikdir.

Oxşar xəbərlər

Bütün xəbərlər