Xəbər lentiwidget-title-icon

Valdas Dambrauskas: "Hər kəs sabah əlindən gələni edəcək"
"Sabah"dan ayrılan oyunçu "Araz-Naxçıvan"da
AFFA rəsmisi Gürcüstanda səfərdə olub
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular məlumdur
Azərbaycan klubunda çexiyalı voleybolçu
“Karvan-Yevlax”dan daha bir transfer - RƏSMİ
"Neftçi"dən "Araz-Naxçıvan"a - RƏSMİ
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
"Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirilib
Azərbaycanın iki boksçusu qızıl medal qazandı
Sabiq "Barselona"lı MLS-də
Azərbaycan çempionatı və kuboku başa çatıb
Azərbaycan cüdoçuları Qazaxıstanda təlim-məşq toplanışındadır
Çaloba "Çelsi"dən getdi
Cəlal Hüseynovun komandasından qələbə
Elvin Cəfərquliyevin durumu bəlli olub
Azərbaycan millisi Avropa çempionatını 17-ci yerdə başa vurub
“Orhus” bütün diqqətini “Sabah”a yönəltdi – Çempionat oyunu təxirə salındı
Azərbaycan yığmasından 2 qələbə
Maldininin oğlu "Kalyari"də
Argentina klubundan yeni transfer
Rahil Məmmədov "Turan Tovuz"da
Azərbaycan millisinin üzvü Türkiyə klubunda
Klublararası Azərbaycan çempionatı başa çatdı
9 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA

"İstefa haqda düşünməmişəm, görsəm ki, bacarmıram, özüm gedəcəm"

"Bilirdik ki, bizi ağır oyun gözləyir. "Zirə" yaxşı təşkilatlanmış komandadır. Bu tura kimi enişli oyun nümayiş etdirirdik. Amma komanda dinamika və əzmkarlıq baxımından göstərdi ki, bizi siyahıdan silmək olmaz. Getdikcə daha məzmunlu və hücumameyilli futbol sərgiləyəcəyik. İstirahət edib qarşıdakı matçlara hazırlaşacağıq".

Pressing.az
xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premeyr Liqasının 5-ci turunun "Zirə" (1:0) ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Rəşad Sadıqova da bu sualı verdik. "Qbələ" ötən mövsüm də "Zirə"ni məğlub edirdi, bu gün də qalib gəldiniz. Demək olar ki, Rəşad Sadıqov sizinlə bacarmır?

- Mən də Rəşad Sadıqov kimi cavab verəcəyəm. Meydanda Rəşadla Elmar oynamır, komandalar oynayır. Bu gün hər iki komanda qələbə qazana bilərdi. Komandadan meydanda istədiyimi aldım.

- Qırmızı vərəqə aldığınız epizodu necə şərh edərdiniz?

- Emosiya ilə bağlıdır. Hakimlər bizim sözlərimizə dərhal fikir verməməlidir. Biz də oyunun içindəyik. Emosiyalarımı göstərdim.

- Ehtiyatda oyunu gücləndirəcək futbolçu yoxdur. Transfer gözlənilir?

- Heyətimiz geniş görünsə də, oyuna təsir edəcək futbolçuların sayı azdır. Güclənməyə ehtiyacımız var. Rəhbərliklə danışığınmız olub, bir futbolçu transfer edəcəyik.

- Osama Halaylanın oynamamasının səbəbi nədir?

- Narahatlığı yoxdur. Mənim pronsiplərim var. Futbolçular buna uyğunlaşmalıdır. Özü niyə oynamamasının səbəbini bilir. Rejimlə bağlıdır.

- Rəşad Sadıqov bildirdi ki, bu dönəmdə "Qəbələ" ilə qarşılaşmaq istəməzdim. Bəs siz necə düşünürsüz? Ardıcıl məğlubiyyətlərdən sonra liderlə oynamaq çətin deyildi?

- Bizim "Zirə" ilə bütün oyunlarımız dinamik keçir. Hər iki komanda mübarizə baxımından bir-birinə layiqdir. Azarkeşlər sürətli oyun izlədilər.

- Ardıcıl məğlubiyyətlərdən sonra rəhbərliklə görüşünüz olmuşdu?

- Rəhbərliklə hər gün görüşürəm, məşqlərimizdə iştirak edirlər. Mediada yazılanlar məni təəccübləndirmir. Dörd oyun uduzmağımıza baxmayaraq, rəhbərliyin dəstəyini hiss etmişəm. Əgər görsəm ki, bacarmıram, özüm gedəcəm. İstefa haqda düşünməmişəm. Mənə inanıb ora təyin edən adam olub. Rəhbərliyimiz var. Mən ona inanıram, o da mənə.

- Transfer edəcəyiniz oyunçunun adı bəllidir?

- Ad olaraq deyə bilmərəm. İki aydır maraqlandığımız futbolçular var ki, son anda transferi alınmayıb. Ümid edirəm ki, milli fasilə zamanı istədiyim oyunçunu tapacağıq.

Oxşar xəbərlər


Bütün xəbərlər

Valdas Dambrauskas: "Hər kəs sabah əlindən gələni edəcək"
"Sabah"dan ayrılan oyunçu "Araz-Naxçıvan"da
AFFA rəsmisi Gürcüstanda səfərdə olub
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular məlumdur
Azərbaycan klubunda çexiyalı voleybolçu
“Karvan-Yevlax”dan daha bir transfer - RƏSMİ
"Neftçi"dən "Araz-Naxçıvan"a - RƏSMİ
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
"Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirilib
Azərbaycanın iki boksçusu qızıl medal qazandı
Sabiq "Barselona"lı MLS-də
Azərbaycan çempionatı və kuboku başa çatıb
Azərbaycan cüdoçuları Qazaxıstanda təlim-məşq toplanışındadır
Çaloba "Çelsi"dən getdi
Cəlal Hüseynovun komandasından qələbə
Elvin Cəfərquliyevin durumu bəlli olub
Azərbaycan millisi Avropa çempionatını 17-ci yerdə başa vurub
“Orhus” bütün diqqətini “Sabah”a yönəltdi – Çempionat oyunu təxirə salındı
Azərbaycan yığmasından 2 qələbə
Maldininin oğlu "Kalyari"də