Xəbər lentiwidget-title-icon

U-20 millimiz Yaponiya sınağından üzüağ çıxdı – YAZI
“Gəncə” FIBA Avropa Kubokundakı ilk oyununda məğlub olub
"Liverpul"da itki
"Şahdağ Qusar"dan darmadağın
Cüdoçularımızdan bir gümüş, bir bürünc medal
Tanınmış jurnalist: "Ehtiram Quliyev klubun başındadır"
"Sabah"ın futbolçusu mükafatlandırılıb
AFFA-dan bu komandalara CƏZA
“Doğma vətəndə uduzmaq ağırdır” - Hidayət Heydərov
AFFA “Səbail”ə texniki məğlubiyyət verdi
Azərbaycan yığması seçmə mərhələdə 5-ci səbətdə yer alacaq
Azərbaycanın iki cüdoçusu 1/4 finalda
"Səbail" 550 min avroluq futbolçu transfer etdi
AMADA “Qəbələ”nin U-17 və U-19 komandaları üçün seminar keçirib
Ömər Rəcəbli dünya çempionatının 1/8 finalında
"Kəpəz"in futbolçusu Slovakiyaya qarşı oynadı
Üç cüdoçumuz ilk görüşlərində qələbə qazanıb
Daha 5 boksçumuz 1/4 finala yüksəlib
Əvəzedicilər Liqasında V turun təyinatları
"Neftçi" müntəzəm mövsümdəki ilk oyunda uduzdu
Son Hın Mindən rekord
Cahangir Fərəcullayev dostunun Elxan Məmmədova "işlədiyini" ifşa etdi – ŞOK DETALLAR
“Sabah” Litva klubuna məğlub olub
İspaniyadan geridönüş, İngiltərədən darmadağın - NƏTİCƏLƏR
Rəşad Eyyubov: “Tariximizin ən yaxşı nəticəsini əldə etdik”

"Zamanla hər şey axarına düşəcək" - Qurban Qurbanov

"İlk oyunumuzdur, dəyişikliklər var, çalışırıq ki, problemlərimiz hiss olunmasın. Əfsuslar olsun, bəzi çatışmazlıqlarımız var".

Pressing.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis UEFA Avropa Liqasının 1-ci turunun "Vestri" ilə matçından öncə keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:

"Ümumi götürəndə, hazırlıq pis getmir. Zamanla hər şey axarına düşəcək. Yaxşı kollektiv formalaşdıracağıq və qələbələrimizlə azarkeşlərimizi sevindirəcəyik".

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Kamilo Duranın transferi ilə bağlı vəziyyət nə yerdədir?

– Duran “Seltik”in düşərgəsindədir. Bir neçə saat əvvəl məlumatımız var idi ki, tibbi müayinədən keçir. Hər şey qaydasında olsa, ayrılmaq ehtimalı böyükdür.

– Yeni oyunçuların adaptasiyası necə gedir?

– Yaxşı olanlar da var, pis də. Tez qoşulanlar özlərini yaxşı hiss edirlər. Bir neçə futbolçunun gec uyğunlaşması məsələsi də var.

– Duranın da gedişini nəzərə alsaq, hücum xətti ilə bağlı nələr düşünürsünüz?

– Duran bizim əsas oyunçumuz idi. Avropa oyunlarında özünü ən yaxşı tərəfdən göstərənlərdən biri oldu. İstəyi, qabiliyyəti var idi. Onun gedişi bizdə hansısa çatışmazlıqlar yarada bilər. Duranı itiririk, amma eyni zamanda Avropa bazarında iştirak etməyimiz də önəmlidir. Son vaxtlarda “Qarabağ”dan nə qədər oyunçu ölkə xaricinə gedib. Bu, özü bizim üçün əlavə üstünlükdür. Avropada bizə qarşı diqqət artır, oyunçularımıza baxan ölkələr çoxalır. Duran kimi futbolçunun daim komandamızda olmağını istərdim. Bir neçə mövqedə oynamağı bacarırdı. Yeni transferlərdən bəziləri sabah meydanda olacaq.

– Durandan başqa kiminsə gedişi gözlənilir?

– Ciddi təklifi olan futbolçu yoxdur. Hansısa oyunçunun getmək ehtimalı olduğunu bilmirəm.

– İslandiyaya uzun səfəriniz olacaq. Bu, hansı çətinlik yarada bilər?

– Püşkatmada heç vaxt fərq qoymamışam, istəyimlə olan bir şey deyil. Hər zaman Allahdan xeyirlisini arzu etmişik. O qədər olub ki, ilk mərhələdə güclü komandalarla qarşılaşmışıq, amma yenə razı olmuşam. Düzdür, 7 saat yarımlıq səfərimiz olacaq. Lakin püşkdən sonra buna uyğun proqram hazırlamışıq.

– Elvin Cəfərquliyev sabah meydanda olacaq?

– Elvinin oynamaq ehtimalı var. Startda, ya sonradan meydana çıxması ilə bağlı qərar verməmişik.

Oxşar xəbərlər