Xəbər lentiwidget-title-icon

Qurban Qurbanov: "Futbolçuların üstünə çox getmək istəmədim"
"Qarabağ" "Dinamo"ya uduzdu
"Şəfa" rəhbərliyi komandanın düşərgəsində
"Dinamo" - "Qarabağ" matçı üçün HEYƏTLƏR
Asim Xudiyev UEFA-dan təyinat aldı
İngiltərə klubundan yeni anlaşma
AFFA-dan klublar üçün maarifləndirici təlimlər
Serbiyalı futbolçu "Turan Tovuz"da - RƏSMİ
“Murov Az Terminal” belaruslu voleybolçu ilə güclənib
İngiltərə klubundan 8 milyon avroluq transfer
Alxasov "Araz-Naxçıvan"dan getdi
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
Vaqif Sadıqov: "Sabah"ın ikinci hissədə göstərdiyi oyun onu deməyə əsas verir ki..." – AÇIQLAMA
6 avqust: Bugünkü oyunlar hansı kanallarda? – TV AFİŞA
“Qarabağ” – “Dinamo” matçının biletləri satışa çıxır
Bölgə klubu ona tapşırıldı - RƏSMİ
"Qarabağ" "Dinamo" ilə üz-üzə
"Orxus" - "Sabah" oyununda vurulan qollar - VİDEO
Azərbaycan millisi İslandiyaya uduzub
İtaliyadan İspaniyaya
“Sabahın Ulduzları” Baku Kubokunun 2-ci turuna start verilib - NƏTİCƏLƏR
Fərid Qayıbovla federasiya rəhbərliyi yığmamızın məşqini izləyiblər
Çempionlar Liqası: "Fənərbağça"dan qələbə
Dambrauskas: "Ümid edirəm ki, ev oyununda onlara belə imkanlar verməyəcəyik"
"Sabah"ın Çempionlar Liqasında ilk məğlubiyyəti - YENİLƏNİB

Azərbaycan millisi (Qadınlar) nazirlə görüşdü

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri gənclər və idman naziri Fərid Qayıbovla görüşüblər.

Pressing.az AFFA-ya istinadla xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəvəti ilə keçirilən görüşdə millinin futbolçuları, məşqçi və texniki heyəti iştirak edib. Söhbət zamanı komandanın 2027-ci il dünya çempionatının seçmə mərhələsindəki çıxışı və əldə etdiyi nəticələr müzakirə olunub. Fərid Qayıbov millinin qrup mərhələsində keçirdiyi 6 oyunun 4-də qələbə qazanaraq 12 xalla ikinci yeri tutmasını yüksək nəticə kimi qiymətləndirib.

Nazir komandanın nümayiş etdirdiyi əzmkar mübarizəni və peşəkar yanaşmanı xüsusi vurğulayaraq futbolçuları təbrik edib. O, əldə olunan nəticələrin ölkədə qadın futbolunun inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib və komanda üzvlərinə gələcək yarışlarda uğurlar arzulayıb. Fərid Qayıbov, həmçinin, UEFA Millətlər Liqasının növbəti mövsümündə millinin daha uğurlu çıxış edəcəyinə inandığını qeyd edib.

Daha sonra AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva ölkədə qadın futbolunun mövcud vəziyyəti, inkişaf istiqamətləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Millinin baş məşqçisi Siyasət Əsgərov isə komandanın fəaliyyəti, hazırlıq prosesi və qarşıdakı hədəflərlə bağlı fikirlərini bölüşüb.

Görüşün sonunda kapitan Sevinc Cəfərzadə xatirə hədiyyəsi olaraq Azərbaycan millisinin formasını Fərid Qayıbova təqdim edib.

Səmimi və məhsuldar şəraitdə keçən görüş xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.

Oxşar xəbərlər


Bütün xəbərlər