Xəbər lentiwidget-title-icon

Ərdoğan “Beşiktaş” prezidentinə zəng edib
İngiltərə klubunda ciddi itki
KL: "Trabzonspor" və "Frayburq"dan qələbə
Avropa Liqasında gecənin nəticələri
Gəncədə qolsuz bərabərlik
"Sabah"a qollar vuran futbolçu həftənin qalibi oldu
“Şahdağ Qusar" I dövrənin qalibidir
Derbi ona tapşırıldı
Misli Premyer Liqasında 13-cü turun hakimləri açıqlanıb
“Sabah” “Litva diplomatiyasının ulduzu” mükafatını alan baş məşqçisini təbrik edib
Azərbaycan millisindən Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə start
AFFA onu cəzalandırdı
Azərbaycanda yeni cüdo zalı açılıb
Bakıdakı oyun Flik üçün əlamətdar oldu
26 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Nazir Dambrauskası mükafatlandırıb
"Neftçi"də amerikalı oyunçu - RƏSMİ
Konfrans Liqasında 18 oyun keçiriləcək
"Barselona"nın futbolçusu Bakıda zədələnib
Azərbaycan millisinin üzvündən "Sampdoriya"da dubl
Avropa Liqasında 18 oyun
"Sabah" - "Barselona" oyununda vurulan qollar - Videoicmal
Frişman CEV Çempionlar Liqasının oyununa təyinat aldı
Afrikada ilin ən yaxşı oyunçusu adına son beş namizədi açıqlanıb
ÇL: "Turan” qrupdakı ilk oyunda məğlub oldu

"Hakimlərdən danışmaq istəmirik, çünki..." - Yunis Hüseynov

"Hər komanda kubok oyununda qalib gəlmək istəyir. Avrokuboklara vəsiqəni ölkə kuboku vasitəsi ilə qazanmaq daha rahatdır. 2-3 oyunda qələbə qazanandan sonra finala çıxırsan".

Pressing.az xəbər verir ki, bu sözləri "Turan Tovuz" klubunun məşqçisi Yunis Hüseynov Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində "Zirə"yə 0:2 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis finala çıxmaq ümidlərinin itmədiyini söyləyib: "Bu gün qalib gəlmək istəyirdik. Hələ cavab matçı var. Tam ciddi hazırlaşıb finala vəsiqə qazanmağa çalışacağıq. Bu gün öz səhvlərimizdən qollar buraxdıq. Rəqib əks-hücumda oynayırdı. Qarşıda "İmişli" ilə çətin çempionat oyunu var. Həmin görüşə hazırlaşacağıq. "Zirə" ilə cavab oyununda tam başqa futbol oynayacağıq".

O, klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev matçın referisi Əliyar Ağayev haqda səsləndirdiyi sərt fikirlərə də toxunub: "Hakimlər haqda danışmaq istəmirik. Danışanda bizi cərimələyirlər. Epizoda biz də baxdıq. Nə dərəcədə penalti olmadığını deyə bilmərəm. İkinci hissədə rəqib Roderik Millerin ayağını tapdaladı. Mənə elə gəlir ki, VAR epizoda baxmalı idi. Əliyar Ağayev görməyə bilər. Amma məncə, VAR baş hakimi monitora dəvət etməli idi".

Y.Hüseynov sonda "İbrahima Vadji nə vaxt qol vuracaq" sualına belə cavab verib: "Biz də istəyirik ki, qol vursun. İnşallah qarşıdakı matçlarda fərqlənər. Futbolçu elədir ki, bir qol vurandan sonra onda özünəinam artır. Vadji də bir qol vursa, davamı gələr".

Oxşar xəbərlər