Xəbər lentiwidget-title-icon

Ekvarod millisi ona tapşırıldı
“Sabah” uşaq futbolunun inkişafına dəstək üçün 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
Bir imza, aylarla gözlənti: “Şəki” niyə öz stadionuna qayıda bilmir? – YAZI
Neymar sıradan çıxdı
MPL: “Sabah” “Zirə”yə, “Neftçi” “Şəfa”ya qarşı
Super Liqa klubunda yeni baş məşqçi - RƏSMİ
Mbappe birinci oldu
"Kəpəz"in "Şamaxı"ya məğlubiyyəti - VİDEO
Zamiq Əliyev üçün 90 dəqiqə
"Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda!
Azərbaycan çempionatı üçün yeni rekord
"Qəbələ"nin "İmişli" üzərində qələbəsi - VİDEO
Amil Ağacanov qələbəni necə şərh etdi?
"Şamaxı" və "Qəbələ"dən qələbə - YENİLƏNİB
Fərid Namazovdan məğlubiyyət şərhi
"Kəpəz" - "Şamaxı" oyunu üçün HEYƏTLƏR
“Sabah”ın rəqibi futbolçusunu icarəyə göndərdi
Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək
"Qəbələ" - "İmişli" oyunu üçün HEYƏTLƏR
Gənc futbolçu "Liverpul"da - RƏSMİ
“Kəpəz”in oyununa 10 min bilet satıldı
“Xankəndi”dən yeni transfer
"Sabah"ın rəqibinin ÇL üçün iştirak ərizəsi - SİYAHI
Fizuli Məmmədov: "Oyun zamanı yaşananlar sadəcə anlıq bir çılğınlıq idi" – MÜSAHİBƏ
4 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

"Qarabağ"ın baş məşqçisi və futbolçuları AQTİ-də olublar

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və komandanın üzvləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.

Pressing.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Məmmədrəhim Nəcəfov qonaqlara ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Qeyd olunub ki, qida təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, sağlam qidalanmanın təşviq edilməsi Agentliyin əsas prioritet istiqamətlərdən biridir.

AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev bildirib ki, Azərbaycanda sağlam həyat tərzinin təbliği istiqamətində genişmiqyaslı maarifləndirmə kampaniyaları həyata keçirilir.

Həmin kampaniyalarda “Qarabağ” futbol klubunun üzvləri də fəal iştirak edərək təşəbbüslərə dəstək göstərirlər.

Qurban Qurbanov isə vurğulayıb ki, idmanda uğurun əsas şərtlərindən biri də xüsusilə futbolçular üçün sağlam və balanslı qidalanmadır.

Onun sözlərinə görə, rəhbərlik etdiyi komanda bu məsələyə daim xüsusi diqqət və məsuliyyətlə yanaşır.

Futbolçuların qidalanmasına nəzarət edən həkim-diyetoloq AQTİ-nin mütəxəssisidir. Bu peşəkar dəstək idmançıların sağlamlığının qorunmasına, fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinə və meydanda daha yüksək nəticələr əldə etməsinə mühüm töhfə verir.

Görüş çərçivəsində gələcəkdə birgə həyata keçirilməsi nəzərdə tutulan layihələr ətraflı müzakirə olunub, qarşıdakı oyunlara hazırlıq prosesi və futbolçuların qidalanma məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. “Qarabağ” futbol klubuna növbəti oyunlarda uğurlar və qələbələr arzulanıb.

Sonda Qurban Qurbanov və komanda üzvləri İnstitutun Analitik Ekspertiza Mərkəzinin laboratoriyaları ilə tanış olub, burada aparılan müayinə və tədqiqat prosesləri barədə məlumat əldə ediblər.

Oxşar xəbərlər


Bütün xəbərlər

Ekvarod millisi ona tapşırıldı
“Sabah” uşaq futbolunun inkişafına dəstək üçün 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
Bir imza, aylarla gözlənti: “Şəki” niyə öz stadionuna qayıda bilmir? – YAZI
Neymar sıradan çıxdı
MPL: “Sabah” “Zirə”yə, “Neftçi” “Şəfa”ya qarşı
Super Liqa klubunda yeni baş məşqçi - RƏSMİ
Mbappe birinci oldu
"Kəpəz"in "Şamaxı"ya məğlubiyyəti - VİDEO
Zamiq Əliyev üçün 90 dəqiqə
"Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda!
Azərbaycan çempionatı üçün yeni rekord
"Qəbələ"nin "İmişli" üzərində qələbəsi - VİDEO
Amil Ağacanov qələbəni necə şərh etdi?
"Şamaxı" və "Qəbələ"dən qələbə - YENİLƏNİB
Fərid Namazovdan məğlubiyyət şərhi
"Kəpəz" - "Şamaxı" oyunu üçün HEYƏTLƏR
“Sabah”ın rəqibi futbolçusunu icarəyə göndərdi
Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək
"Qəbələ" - "İmişli" oyunu üçün HEYƏTLƏR
Gənc futbolçu "Liverpul"da - RƏSMİ