Xəbər lentiwidget-title-icon

Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında
“LANDAU Lions” Slovakiya klubuna məğlub olub
Fərid Qayıbov “Eurosport” rəsmiləri ilə görüşüb
“Neftçi” Latviya klubuna məğlub olub
Kompani qayıtdı
“Qarabağ” Qazaxıstan klubuna uduzub
Daha 4 boksçumuz 1/4 finalda
“Gəncə” Yunanıstan komandasına məğlub olub - AK
Sumqayıtda güləş üzrə turnir keçiriləcək
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəliləyib
ACF-nin təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan
İkinci Liqasında 11 oyunun saatı açıqlanıb
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri müəyyənləşib
"Real"dan Arda Güler qərarı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qələbə qazandı
“Gəncə” ABŞ-dən olan basketbolçu ilə anlaşıb - RƏSMİ
Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya edilib
"Zirə"nin futbolçusu zədələnib
Daha bir futbolçu karyerasını bitirib
Azərbaycan millisi İraqla qarşılaşıb
Azərbaycan yığmasından Oman üzərində qələbə
Əməkdar məşqçi Hikmət Hacıyev ikinci dəfə Avropanın ən yaxşı məşqçisi seçildi – FOTOLAR
“Araz-Naxçıvan”ın zədəlisi sıraya qayıtdı
Polşa millisinin baş məşqçisi Puxaça görə TƏNQİD OLUNDU
Daha bir yığmada baş məşqçi ayrılığı

"Məğlubiyyətə layiq deyildik" - "Qəbələ"nin məşqçisi

"Qəbələ" klubu Misli Premyer Liqasının 19-cu turunda səfərdə "Neftçi"yə 0:1 hesabı ilə məğlub olub.

Pressing.az xəbər verir ki, "qırmızı-qaralar"ın məşqçisi Georgi Çixradze matçdan sonra keçirilən mətbuat konfransındajurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı və dinamik oyun oldu. Bilirdik ki, "Neftçi" matçın əvvəlində sürətli oynayacaq. İlk 15 dəqiqədə sürətdə geri qaldıq. Rəqib oyuna aqressiv başladı. Nəticədə qol buraxdıq. Amma bundan sonra çox yaxşı oyun nümayiş etdirdik. İkinci hissədə bizim qol vəziyyətlərimiz oldu. Elə epizodlar idi ki, bilmirəm onları necə əldən verdik. Amma bu, futboldur, belə hallar olur. Mənə elə gəlir ki, məğlubiyyətə layiq deyildik.

- Prins Ovusu yüz faizli epizodu dəyərləndirə bilmədiyi üçün çox məyus olmuşdu. Komanda yoldaşları ona təsəlli verirdi. Futbolçunu bu durumdan necə çıxarmaq olar?

- Biz Prinsi sakitləşdirdik. Gənc oyunçudur, öz üzərində işləyir, inkişaf edir. Premyer Liqada ilk mövsümüdür. Belə şeylər olur.

- Rəqib "Neftçi" olduğu üçün bu gün qapıda Rza Cəfərova şans verdiz?

- Rzanı daha əvvəldən transfer etmək istəyirdik. Həmin vaxt alınmadı. Gənc futbolçudur. Ona böyük ümidlər bəsləyirik. Gənc qapıçıdır deyə onu heyətə cəlb etməmişik. Rzanın potensialına bələdik. "Sabah"la kubok matçını yaxşı keçirmişdi. Ona görə bu gün qapıda Rzanın dayanacağını planlaşdırmışdıq. "Neftçi" ilə bağlı deyildi.(sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər