Xəbər lentiwidget-title-icon

"Neftçi” FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib
"Real"da itki
"Turan Tovuz" müraciət etdi, PFL razılıq verdi
AFFA-nın media departamentinin yeni əməkdaşı məzəmmət olunub
Azərbaycan millisində ciddi itki
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR

"Sonuncu yeri tutan Premyer Liqanı tərk etməlidir" - Ayxan Abbasov

"Turan Tovuz" klubu Azərbaycan Premyer Liqasının 35-ci turunda doğma meydanda "Səbail"lə 2:2 hesablı heç-heçə edib.

Pressing.az
xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

- Evdə son oyunumuz idi. Bu il bizim üçün çox gərgin keçdi. Hər zaman azarkeşlərin dəstəyini görürdük. Bu gün onlara qələbə hədiyyə etmək istəyirdik. Amma əsas odur ki, məğlubiyyətsizlik seriyamız davam etdi. Oyun istədiyimiz kimi alındı, qollar vurduq. Bilirdik ki, rəqib sonlarda dəyişikliklər edəcək. "Sumqayıt"la oyunda da bunu görmüşdük. Futbolçularımız yorulmuşdu. Kamal Bayramov da zədəli halda oynayırdı. Oyunumuzu artırmaq istəyirik. Bu il əsas məqsədimiz Premyer Liqada qalmaq idi. Sevindirici odur ki, ilk gündən bəri 6-cı yerdən aşağı düşmədik. Daha yuxarıda ola bilərdik. Təcrübəsizlik imkan vermədi. İlk ilimiz pis keçmədi. Gələcək daha çətin olacaq. Çünki, rəqiblər güclənəcək. Biz də güclənməliyik.

- Komandanın heç bir hədəfi yoxdur. Futbolçuları oyunlara kökləmək çətin olmur?

- Hələ bir dəfə də görməmişəm ki, hansısa futbolçu həvəssiz olsun. Kubokda uduzandan sonra palyardəyişmə otağında oyunçulara dedim ki, qarşıdakı 4 matç bizim üçün finaldır. Dördündə uduzmamışıq. Ümid edirəm ki, "Qarabağ"la görüşdə də yaxşı nəticə əldə edəcəyik.

- 2 topluq üstünlüyü əldən verməyinizin səbəbi nədir?

- Futbolda 0:3-dən geridönüş edən komandalar da çox olub. Təcrübəsizlik, diqqətsizlik var. Bir saniyəlik diqqətsizlik qolla nəticələndi. İkinci qolu buraxandan sonra da səhvlər etdik. Bu səhvlər onu göstərir ki, işimiz çoxdur.

- Qışdan sonra Runi Eva daha yaxşı çıxış edir. Natan Oduvanın performansında isə düşüş hiss olunur. Bu haqda nə deyə bilərsiz?

- Futbolçu böyük komandada oynamaq üçün stabil olmalıdır. Çempionat uzun marafondur. Runi Eva oyun baxımından ikinci yarıda çox fərqli oldu. Başqa futbolçular da var. Onlar yaxşı olanda oyunumuz da yaxşı alınır. Veysəl Rzayevi qeyd edərdim. Əsas miliyə layiq futbolçudur. Komandada rəqabətin olması önəmlidir.

- Oduvaya yeni müqavilə təklif olunub?

- Bəli, biz təklifimizi etmişik. Kim qalmaq istəyirsə, bizim üçün xoşdur. Oduva Tovuzda çox qazandı. "Şamaxı"da oynayanda qol vurmamışdı. Burada qollar vurdu, oyununu xeyli artırdı.

- Xəyal Nəcəfovu komandada saxlayacaqsız?

- "Neftçi" ilə müqaviləsi var. Xəyal üçün klubuna təklifimizi göndərmişik. İnanırıq ki, problem olmayacaq. Xəyalın özü üçün də burada qalmaq yaxşıdır.

- Sizcə, Premyer Liqanı hansısa komanda tərk etməlidir?

- İdman prinsipi qorunmalıdır. Bu gün "Araz Naxçıvan"ın haqqına girə bilmirik. Məncə, sonuncu yeri tutan Premyer Liqanı tərk etməlidir. Bu qədər gərginlikdən sonra bu qərarı verməmək süni çıxar.

- Gələcək üçün hədəfləriniz nədir?

- Tək əsas komanda yox, klub inkişaf etməlidir. Bu gün Premyer Liqada möhkəmlənməliyik. Mütəmadi olaraq elitada çıxış etməliyik ki, futbolçular bura gəlmək istəsin. Yavaş-yavaş yuxarı pillələrə getmək olar. Gələn il üçün qarşımıza avrokuboklar məqsədi qoysaq, tələsik qərar olar, bizə mənfi təsir edə bilər.

- "Tutan Tovuz" nə vaxt avrokuboklara vəsiqə qazana biləcək?

- Bizim üçün gələn il keçid ili olacaq. Növbəti mövsümdə daha yaxşı olmalıyıq. Avrokuboklara getmək büdcədən və rəqiblərimizdən asılıdır. Çünki, onlar da güclənir. İnanıram ki, üçüncü ildə daha yaxşı ola bilərik.

Oxşar xəbərlər


Bütün xəbərlər

"Neftçi” FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib
"Real"da itki
"Turan Tovuz" müraciət etdi, PFL razılıq verdi
AFFA-nın media departamentinin yeni əməkdaşı məzəmmət olunub
Azərbaycan millisində ciddi itki
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki