Xəbər lentiwidget-title-icon

“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
"Sabah" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin heyətində dəyişiklik

“Kəpəz” əlilliyi olan şəxslərlə bağlı xüsusi tədbir təşkil edib

“Kəpəz” əlilliyi olan şəxslərlə bağlı xüsusi tədbir təşkil edib.

Pressing.az xəbər verir ki, tədbirdə Gəncə kollektivinin infrastruktur rəhbəri Ruslan Məmmədov, menecer Səbinə Hənifəyeva, təşkilati işlər üzrə menecer Emin Qaraxanov, baş məşqçi Azər Bağırov, köməkçiləri, futbolçular və Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) Gəncə filialının şagirdləri iştirak ediblər.

Akademiyanın qonaqları əvvəlcə komandanın məşqini izləyib, futbolçularla görüşüb, şəkil çəkdiriblər.

Daha sonra uşaqlarla əyləncəli görüş keçirilib. Burada şagirdlər bacarıqlarını nümayiş etdirib, şeir deyib, mahnı oxuyublar. Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Klub tərəfindən gələcəkdə daha fəal tədbirlər, o cümlədən fiziki məhdudiyyəti olan şəxslər üçün futbol oyunları və məşqlər təşkil etmək planlaşdırılır. İnfrastrukturun yaxşılaşdırılması – klub stadionunun və digər obyektlərin fiziki məhdudiyyəti olan şəxslər üçün daha əlçatan olması üçün müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur. Əlilliyi olan şəxslərin idmana inteqrasiyası üçün müxtəlif sosial proqramların həyata keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər