Xəbər lentiwidget-title-icon

"Real"da itki
"Turan Tovuz" müraciət etdi, PFL razılıq verdi
AFFA-nın media departamentinin yeni əməkdaşı məzəmmət olunub
Azərbaycan millisində ciddi itki
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar

“Fransaya qarşı oynamaq özü motivasiyadır” - Ayxan Abbasov

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi sabah Fransa yığması ilə qarşılaşacaq.

Pressing.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Baş məşqçi sabah keçiriləcək oyun barədə düşüncələrini bölüşüb:

“Sabah bizi çox önəmli və gərgin oyun gözləyir. Rəqibimiz bəllidir — son illərin ən güclü komandalarından biridir. Bilirik ki, bu komandada ulduz futbolçular çıxış edir. Biz də oyuna ciddi hazırlaşmışıq. Son matçdan sonra futbolçularımızın böyük komandalara qarşı mübarizəsi önəmlidir. Sabah da rəqibə azarkeş dəstəyi olacaq. Amma oyunçularım mübarizədən çəkinməyəcəklər, bütün güclərini meydanda qoyacaqlar. Fransa illərdir eyni məşqçinin rəhbərliyi altında çıxış edir. Bu cür komandaya qarşı oynamaq özü motivasiyadır.”

Mütəxəssis futbolçuların stresdən çıxıb, oyuna hazır olduqlarını bildirib:

“Futbolçuların məşqlərə yanaşması ilk gündən yaxşı idi. Belə oyunlarda gərginlik təbiidir, təzyiq də olur. Çalışırıq ki, bu, oyuna təsir etməsin. Əhval-ruhiyyəni artırmaq üçün bu gün gəzinti də etdik. İnanıram ki, oyunçular həmin stresdən çıxıb, oyuna tam hazır olacaqlar.”

Kilian Mbappenin Jirunun rekordunu qırmaq istəyi ilə bağlı sualı cavablandıran Abbasov deyib:

“Belə futbolçular statistikalarını yaxşılaşdırmaq, rekordlar qırmaq üçün daha çox qol vurmaq istəyirlər. Bu, normaldır. Biz rəqibin son oyunlarını təhlil etmişik. Mbappenin bu fikirləri futbolçularımızda bir az əlavə motivasiya yarada bilər. Amma biz soyuqqanlı və real olmalıyıq. Hələ ki, bu səviyyəyə çatmamışıq. Lakin gələcəkdə nələrsə qazanmaq istəyiriksə, bu cür oyunlarda təcrübə toplamalıyıq.”

O, “möcüzə üçün nə etməliyik?” sualına da belə cavab verib:

“Futbolda şans amili hər zaman vacibdir. Bəzən hər şey planlaşdırıldığı kimi getmir. Amma inanıram ki, sabah şans bizim tərəfimizdə olacaq. Futbolçularımdan yeganə istəyim odur ki, nə baş versə də, təslim olmasınlar.”

Heyətlə bağlı suala isə Abbasov belə cavab verib:

“Heyət hazırdır. Son oyuna bənzər tərkiblə meydana çıxacağıq. Qarşıda iki oyun var, üçüncü gündən sonra daha çətin matç olacaq. Bəzi oyunçularımız ağır qrafiklə oynayır, bunu da nəzərə alacağıq. Hər kəsə güvənirik və millidə rəqabətin olması bizi sevindirir.”

Sonda Ayxan Abbasov şəxsi hisslərini də bölüşüb:

“Bu, mənim üçün də ilk belə təcrübədir. Nələrəsə nail olmaq istəyirsənsə, bu cür mərhələlərdən keçməlisən. Dünya və Avropa çempionuna qarşı oynamaq, onları təhlil etmək çox dəyərli təcrübədir. Biz məşqçi heyəti ilə birlikdə futbolçularımızı oyuna ən yaxşı şəkildə hazırlamağa çalışmışıq".

Oxşar xəbərlər


Bütün xəbərlər

"Real"da itki
"Turan Tovuz" müraciət etdi, PFL razılıq verdi
AFFA-nın media departamentinin yeni əməkdaşı məzəmmət olunub
Azərbaycan millisində ciddi itki
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR