"Şamaxı"da nigeriyalı hücumçu » Pressing.Az
"Şamaxı"da nigeriyalı hücumçu - RƏSMİ
Azərbaycan Futbolu / Transferlər 7-08-2025, 09:23

“Şamaxı” klubu yeni hücumçusunu açıqlayıb.

Pressing.az xəbər verir ki, bölgə təmsilçisi Abdullahi Şuaybunu heyətinə qatıb.

Nigeriyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

23 yaşlı oyunçu daha əvvəl Azərbaycanda “Kəpəz” və “Qəbələ” klublarının formasını geyinib.