“Qarabağ” Ukrayna klubu ilə üz-üzə gələcək » Pressing.Az
“Qarabağ” Ukrayna klubu ilə üz-üzə gələcək
Azərbaycan Futbolu / Yoldaşlıq Oyunları 23-06-2025, 17:09

"Qarabağ" klubunun Avstriyada keçirəcəyi təlim-məşq toplanışı zamanı yoxlama oyununda qarşılaşacağı rəqiblərdən biri müəyyənləşib.

Pressing.az xəbər verir ki, Azərbaycan çempionu Ukraynanın "Metalist" klubu ilə üz-üzə gələcək.

Xarkov təmsilçisinin mətbuat xidməti açıqlayıb ki, qarşılaşma iyulun 7-də keçiriləcək.