Xəbər lentiwidget-title-icon

“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
"Sabah" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin heyətində dəyişiklik
Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
8 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
MPL: "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
8 noyabr - Zəfər Günüdür!

"Dünyaya nümayiş etdirməliyik ki, "Qarabağ"ın necə tarixi var" – Bədavi Hüseynov

"Sabah biz Avropanın hazırda ən yaxşı komandasına qarşı oynayacağıq. Yaxşı oyun göstərmək istəyirik. Son iki matçdan da çox gücü "Bayer"lə görüşdə sərf etməliyik. Psixoloji cəhətdən böyük təzyiq yoxdur. Çünki onlara qarşı bu mövsüm iki dəfə oynamışıq. Baxımlı, yaxşı futbol üçün ən yaxşısını edəcəyik".

Pressing.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov deyib.

O, Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer"lə (Leverkuzen) görüşündən gözləntilərini bildirib:

- "Braqa" ilə görüşdəki ötürməni necə xatırlayırsan? Həmin anda nə düşündün?

- Bir anda gələn qərar idi. Gördüm ki, Nəriman irəlidə dayanıb. Yaxşı ki, baş hakim oyunu dayandırmadı. Şükürlər olsun ki, hər şey yaxşı alındı. Bunun üzərində çox dayanmaq istəməzdim. Komanda yaxşı mübarizə apardı. Hamımızın qələbəsi idi.

- Bir neçə gün əvvəl "Qarabağ" FK 30 il səfərdə" filmi göstərildi. Bu film "Qarabağ"ın "Bayer"lə oyunu öncəsi motivasiya verəcək? Ab-hava necə idi?

- Filmi çox bəyəndim. Motivasiya sarıdan filmin dəyəri yüksəkdir. "Qarabağ" adi klub deyil. Bu filmdən sonra dünyaya nümayiş etdirməliyik ki, "Qarabağ"ın necə tarixi var. Yaxşı motivasiyadır.

- Sabah Julio Romao və Elvin Cəfərquliyevin yoxluğu nə dərəcədə hiss oluna bilər?

- Komandada hər bir oyunçunun keyfiyyəti yüksəkdir. Bizdə bir futbolçu olmayanda, digəri onu keyfiyyətli şəkildə əvəz edir. Yoxluqları hiss ediləcək. Amma meydana kim çıxsa, ən yaxşısını etməyə çalışacaq.

- "Bayer"ə qarşı qrupdakı matçlarda oynamısız. Rəqib ilk növbədə nəyi bağışlamır?

- Həmin oyunda öz səhvlərimizi gördük. Bu cür rəqiblər sənin dərhal asan yerlərini göstərir. Onları analiz etmişik. Son matçlar bizə daha çox motivasiya verib. Biz əvvəlki matçlardan daha yaxşı oyun göstərə bilərik. Hansısa anlarda eyni səviyyədə oynamışdıq. Son oyundan sonra səviyyəmiz də qalxıb. Sabah səhvlərə yol verməməyə, inamlı oynamağa çalışacağıq ki, oyunu yaxşı nəticə ilə başa vuraq.

Oxşar xəbərlər


Bütün xəbərlər