"Qarabağ"ın rəqibindən qələbə » Pressing.Az
"Qarabağ"ın rəqibindən qələbə
Avropa Liqası 23-12-2023, 11:11

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya kubokunda 3-cü tur oyununa çıxıb.

Pressing.az xəbər verir ki, komanda səfərdə "Nasyonal"la qarşılaşıb. Matçda "Braqa" 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Qarabağ" ilə "Braqa" arasındakı ilk görüş 2024-ün fevralın 15-də Portuqaliyada, cavab oyunu isə bir həftə sonra isə Bakıda olacaq.