Xəbər lentiwidget-title-icon

Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi

Xabi Alonso: "Qarabağ" – "Kəpəz" matçına baxdım"

Almaniyanın “Bayer” klubunun baş məşqçisi Xabi Alonso Avropa Liqasının H qrupunun 4-cü turunun sabah Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Pressing.az
xəbər verir ki, ispaniyalı mütəxəssis paytaxtımıza qələbə ardınca gəldiklərini söyləyib:

"Bizi Bakıda çətin oyun gözləyir. Evə qələbə ilə qayıtmaq üçün hər şeyi etməliyik. Bundesliqa və Avropa Liqası matçlarında rotasiya edirik. Ancaq bu həmişə belə olmayacaq. Sabah ilk oyunda olduğu kimi Matey Kovarj qapıda olsa, yaxşıdır. Biz kadr dəyişikliyi edirik. Bütün oyunçularımız müxtəlif rotasiyalara və oyundakı dəyişikliklərə yaxşı hazırlaşıblar".

- “Qarabağ”ın “Kəpəz”lə (7:1) qarşılaşmasını izlədiniz? Sabahkı görüşdə onlardan fərqli oyun gözləyirsiniz?

- Bəli, “Qarabağ” – “Kəpəz” matçına baxdım. “Qarabağ”ın çox yaxşı komanda olduğunu bilirəm. Amma bu, Azərbaycan çempionatının oyunu idi, Avropa Liqası isə başqa turnirdir, çox fərqlidir. "Qarabağ" Almaniyadakı kimi yox, bu dəfə fərqli oynayacaq.

- Bu, ən uzun səyahət olacaq. Təqvim necədir?

- Bu, bizim üçün yeni deyil. “Qarabağ”la danışdıq və ilk oyunda onlara etdiyimiz kimi, onlar da bizim orada qalmağımızı asanlaşdıracaqlar. Bizim bir məqsədimiz var - üç xal almaq qazanmaq. Ancaq səfər də yorucu olmamalıdır.

Oxşar xəbərlər