Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

“Red Bull Car Park Drift”in Azərbaycan üzrə milli finalı keçiriləcək

İyunun 9-da Dənizkənarı bulvarda dünyanın ən həyəcanlı drift yarışlarından biri olan “Red Bull Car Park Drift”in Azərbaycan üzrə milli finalı keçiriləcək.

Pressing.az xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyası (AAF), “Red Bull” şirkəti və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə baş tutacaq və özünəməxsus sərt qaydalarla zəngin olan “Red Bull Car Park Drift” yarışında ən bacarıqlı 16 iştirakçı milli final mərhələsinə yüksələcək. Burada isə beynəlxalq münsiflər heyəti maneələri ustalıqla keçən və ən yaxşı drift göstərən iştirakçını qalib elan edəcək. Seçiləcək qalib, yəni ən yaxşı drifter, Omanda 25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in dünya finalında Azərbaycanı təmsil edəcək.

2012-ci ildə Əbu-Dabidə ən uzun drift edərək adını “Ginnesin Rekordlar Kitabı”na yazdıran dünya şöhrətli Abdo Feqali də yarışda iştirak edənlərə dəstək olmaq üçün növbəti dəfə Bakıya gələcək. Qeyd edək ki, Abdo Feqali ötən il də “Red Bull Car Park Drift Azerbaijan”ın qonağı olmuşdu. O, həmçinin 2008-ci ildə Livanda keçirilən ilk “Red Bull Car Park Drift” yarışının da qalibidir.

Tamaşaçıların yarışı daha rahat izləmələri üçün tribunalara biletləri iTicket.az saytından və ya şəhərin kassalarında əldə etmək mümkündür.

Əlavə olaraq, tamaşaçıların maraqlı vaxt keçirməsi üçün drift ərazisində müxtəlif əyləncələr nəzərdə tutulub. Tədbirin xüsusi qonağı isə tanınmış ifaçı Orxan Zeynallı olacaq. O, öz sevilən hitləri ilə drift trekində çıxış edərək maneələrlə dolu sürət yarışına fərqli həyəcan yaşadacaq.

Odur ki, bütün drift həvəskarlarını iyunun 9-da saat 14:00-da Dövlət Bayrağı Meydanının parkinq ərazisində gözləyirik.

Oxşar xəbərlər