Azərbaycan yığması Slovakiyanı məğlub etdi
Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 Avropa çempionatının B divizionunda ikinci turun oyunları baş tutub.
Pressing.az xəbər verir ki, Azərbaycanın oğlanlardan ibarət U-20 millisi ev sahibi Slovakiya yığması ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən qarşılaşma basketbolçularımızın 72:66 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin heyətində Emanuel Aqbason 26 xal və 16 ribaundla görüşün ən məhsuldar oyunçusu olub.
Azərbaycan yığması qrup mərhələsində növbəti oyununu iyulun 14-də Bakı vaxtı ilə saat 22:30-da İrlandiya millisinə qarşı keçirəcək.