Xəbər lentiwidget-title-icon

Dünya Seriyası: “Neftçi” ilk oyunda qələbə qazanıb

"Neftçi”nin qadınlardan ibarət 3×3 basketbol komandası Filippinin paytaxtı Manilada keçiriləcək Dünya Seriyasının mərhələsinə qələbə ilə start verib.

Pressing.az xəbər verir ki, “ağ-qaralar” B qrupunda Polşa yığması ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb – 22:13.

“Neftçi” bu gün Çin millisi ilə də üz-üzə gələcək.

Turnirə mayın 8-də yekun vurulacaq.

Oxşar xəbərlər