Xəbər lentiwidget-title-icon

Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
"Sabah" - "Şamaxı" matçı üçün HEYƏTLƏR

Bakıda atıcılıq üzrə Dünya Kubokuna start verilib – FOTO + VİDEO

Bu gün Bakıda atıcılıq üzrə Dünya Kuboku start götürüb.

Pressing.az
xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində yarışın açılışı keçirilib.

Açılış mərasimində yarışların Heydǝr Əliyevin 100 illiyinə təsadüf etdiyi vurğulanıb. Bildirilib ki, Azǝrbaycan gǝnclǝrinin sağlam hǝyat tǝrzi üçün idmanın inkişafına ǝhǝmiyyǝt verǝn vǝ idmançıları daim dǝstǝklǝyǝn Heydǝr Əliyevin müstǝqil Azǝrbaycanın beynǝlxalq idman arenasında tanınmasında əvəzsiz xidmətləri olub.

Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahəddinova bu yarışlara ölkəmizin də böyük heyətlə qatıldığını bildirərək, bütün idmançılara uğurlar arzulayıb. Stend atıcılığı üzrə Olimpiya çempionumuz güllə atıcılığı üzrə Paris Yay Olimpiya Oyunlarında tətbiq olunacaq yeni qaydaların bugündən etibarən qüvvəyə mindiyini elan edib.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, ölkəmizdə 3-cü dəfə keçirilən Dünya Kuboku yarışlarının Azərbaycanda atıcılıq idman növünün inkişafında böyük rolu olduğunu, bu idman növündə ilk Olimpiya qızıl medalının məhz Heydər Əliyevin prezidentliyi vaxtında qazanıldığını bildirib.

Beynəlxalq Atıcılıq İdman Federasiyasının (ISSF) İdarə Heyətinin üzvü Hazem Hosni tamaşaçıları salamlayaraq ISSF prezidenti Lusyano Rossinin adından Dünya Kuboku yarışını açıq elan edib.

Tədbir konsert və əyləncə proqramı ilə davam edib.

Qeyd edək ki, Dünya Kubokunda 66 ölkədən 623 idmançı qatılıb. İdmançılar 6 gün ərzində güllə atıcılığının 10 növündə qələbə uğrunda mübarizə aparacaqlar. Yarışların ilk final mərhələsi sabahdan başlayacaq.

Bakıda atıcılıq üzrə Dünya Kubokuna start verilib – FOTO + VİDEO






Oxşar xəbərlər