Azərbaycan klubu “Trefl”ə də məğlub olub
Digər növlər
Bu gün, 10:28

“Abşeron Lions” basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti matçına çıxıb.
Pressing.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv Bakıda Polşa təmsilçisi “Trefl”lə üz-üzə gəlib.
Bakı İdman Sarayında keçirilən matç rəqibin 99:96 hesablı qələbəsi ilə bitib.
Qrupun digər görüşündə “Neftçi” ötən gün Bakıda Estoniyanın “Kalev” komandasını 95:84 hesabı ilə üstələyib. “Abşeron Lions” ilk qarşılaşmada “Kalev”ə uduzub – 85:93.