Kikboksinq millimiz dünya kubokunda 38 medal qazanıb – FOTOLAR
Özbəkistanın Daşkənd şəhərində keçirilən WAKO üzrə Dünya Kuboku başa çatıb.
Pressing.az xəbər verir ki, yarışda Azərbaycan Kikboksinq Fedarasiyası 50 idmançı, 8 məşqçi, 7 hakim ilə təmsil olunub.
40 ölkədən 2734 idmançının iştirak etdiyi yarışda komandamız 15 qızıl, 7 gümüş, 16 bürünc olmaqla ümumilikdə 38 medal qazanıb. Bununla da yığmamız yarışda 6-cı yerə layiq görülüb.
Komandaya başçılığı millinin baş məşqçisi, Əməkdar məşqçi, Prezident mükafatçısı Hakim Hacıyev edib. Hacıyev bunun böyük uğur olduğunu bildirib: "Nəticələrimiz göz önündədir. Bu, bizim üçün böyük uğurdur. Növbəti yarışlarda medallarımızın sayının daha çox olması üçün məşqlərimizi intensiv olaraq davam etdirəcəyik. AKF-nin fəxri prezidenti Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Əliyevə, AKF-nin prezidenti Orxan Əliyevə və 1-ci vitse-prezident Elşən Əbdürrəhmanlıya təşəkkür edirəm. Ölkədə kikboksinqin inkişafı üçün hamımız əlimizdən gələni edirik".