Xəbər lentiwidget-title-icon

Milli komanda ona tapşırıldı
"Qarabağ" 3 xalı 3 qolla qazandı - VİDEO
“Qarabağ”la “Zirə”nin əvəzedicilərindən qələbə
Mahir Emreli oynadı, komandası uduzdu
Azərbaycan millisi Gürcüstana məğlub olub
"Turan Tovuz"un qələbəsi - VİDEO
"Qarabağ" və "Turan Tovuz"dan qələbə - YENİLƏNİB
Kurban Berdıyev: "Bu gün qələbə yaxşı oyundan daha çox vacib idi"
"Sumqayıt"ın baş məşqçisi: "Nəticə oyuna görə olmadı"
"Turan Tovuz” - “Sumqayıt” matçı üçün HEYƏTLƏR
Aziz Yıldırım Prezident İlham Əliyevlə görüşüb
"Neftçi SOCAR” yarımfinalda uduzdu
Azərbaycanlı futbolçu Türkiyə klubunda
Azərbaycanlı idmançı FIS Kontinental kubokuna vəsiqə qazanıb
MPL: "Turan Tovuz" "Sumqayıt"a, "Qarabağ" "Araz-Naxçıvan"a qarşı
Üç azərbaycanlı atlet Bakıdakı triatlon yarışının qalibi olub
"Neftçi" "Şəfa"ya belə qalib gəldi - VİDEO
“Sabah”, “Kəpəz” və “Şəfa”nın əvəzedicilərindən qələbə
Rüfət Abdullazadənin komandasından məğlubiyyət
Ramil Şeydayev oynadı, komandası qələbə qazandı
"Sabah"ın 5 qollu qələbəsi - VİDEO
Yuri Vernidub: "Qarşıda hələ çox işimiz var"
Zaur Həşimov: "Bu məğlubiyyətin bizə çox xeyri olacaq"
"Neftçi" və "Sabah"dan qələbə - YENİLƏNİB
"Komanda qol buraxmadan 5:0 hesabıyla qalib gəlibsə, razı qalmaya bilmərəm" - Valdas Dambrauskas

Adil Şükürov: "Bu zaman kəsiyində nəyisə aşılamaq asan bir şey deyil" - MÜSAHİBƏ

"Kəpəz"in baş məşqçisi Adil Şükürov yoxlama oyununda "Qəbələ"yə qalib gəldikləri matçdan (2:1) sonra Pressing.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- "Qəbələ" ilə oyun da daxil olmaqla, ümumi toplanış necə keçir?

- Məşqlərə başladığımız ilk gündən hər kəs həvəslidir. Üçüncü və dördüncü dövrədə daha yaxşı oynayıb nəticə qazanacağımıza ümidliyik. Bu da bizi sevindirir. Matçlarda da gördüyünüz kimi, iki heyətlə mübarizə apardıq. Belə etdik ki, bütün oyunçular oyun yükünü götürə bilsinlər və hər birinə inandığımızı görsünlər. Hər kəsə hər an şans verib oynada bilərik.

- Yoxlanışda olan və maraqlandığınız futbolçular var?

- Ədilxan bizdə yoxlanışdadır. Ümid edirik, bu matçdan sonra qərarını verəcək. Başqa əlaqə saxladığımız futbolçular da var, amma haqqında yekun qərar verdiyimiz kimsə yoxdur.

- Təxminən neçə oyunçu ilə danışıq aparırsız?

- Daha çox müdafiənin sağına oyunçu istəyirdik. Bir də sol ayaqlı stopper istəyirik.

- Yeni legionerlər və ya vidalaşdıqlarınız olacaqmı?

- Danışıq apardığımız legioner yoxdur. Bu gün əlimizdə olan futbolçulardan daha çox istifadə etməyə çalışırıq. Vidalaşmaq istədiyimiz yox, oynamaq üçün daha çox şans qazanmaq istəyən futbolçular var ki, onlar bizlə əlaqə saxlayırlar. Biz özlərinə də demişik ki, kimsə daha çox oynamaq şansı qazanacağı klub axtarırsa, gəlib müraciət edə bilərlər.

- Nianenin və Vasilyuçekin  gedişi barəsində xəbərlər var. Bu xəbərlər həqiqəti əks etdirir?

- Vasilyuçekinin  özünə məlumat vermişik. O, rəhbərliklə danışır. Nianeyə gəlinbə, tam olaraq onun yanaşmasından çox şey asılıdır. Çünki daha çox diqqət istəyən, meydanda daha çox olmaq istəyən futbolçudur. Özü müraciət etmək istəsə, tam olaraq danışmaq olar.

- Qısa müddət ərzində komandada nələri dəyişə bilmisiniz? Eyni zamanda nələri dəyişməkdə çətinlik çəkirsiz?

- Daha çox futbolçulara öz istədiyimiz oyun tərzini aşılamaq istəyirik. Bu barədə bir az çətinliyimiz var. Çünki bəzən tam olaraq istədiklərimizi ala bilmirik. Bəlkə də bu təbiidir. Çünki vaxt azdır. Baxmayaraq ki, fasilələr var, amma yenə də bu zaman kəsiyində nəyisə aşılamaq asan bir şey deyil. Meydanda və meydandan kənarda futbolçularla danışırıq. Hər biri ilə söhbət edirik. Onlara istəklərimizi bildiririk. Oyun aspektində sürəti artıra bilmişik. Amma daha yaxşı nəticələr qazanmaq üçün yetərli deyil. Futbolçular daha yaxşı ola bilərlər.

- Sizcə, Premyer Liqada qalmaq, yoxsa üst pillələrdə yer alma daha realdır?

- İlk qarşımıza qoyduğumuz məqsəd komandanı Premyer Liqada saxlamaqdır. Bu yolda nə qədər uğurlu olsaq, komandanın xeyirinədir.

- Tovuzda, yoxsa Qəbələdə oynayacaqsız?

- "Turan Tovuz"la oyunu Qəbələdə keçirəcəyik.

- Yayılan məlumata görə, "Turan Tovuz"la matçın Qəbələdə keçirilməsini siz istəmisiz. Bu doğurdur?

- Bilirik ki, Tovuzun azarkeş dəstəyi çox böyükdür. Eyni zamanda, Gəncədə də belədir. Neytral meydanda olanda hər iki tərəfdə bərabər olur.

- Ümumiyyətlə, mövsümü Qəbələdə keçirmək istəyiniz var?

- Burada meydanın təbii ot örtüklü olması bizim üçün daha önəmlidir. Amma hər şeyi nəzərə almalıyıq. Ona uyğun da qərar verməliyik.

- İcarədə olan oyunçular haqqında maraqlandığınız doğrudur?

- Biz heç kim barədə danışmamışıq. Heç bir söhbət də olmayıb.

Elsevər Muradzadə/Qəbələ

Oxşar xəbərlər


Bütün xəbərlər

Milli komanda ona tapşırıldı
"Qarabağ" 3 xalı 3 qolla qazandı - VİDEO
“Qarabağ”la “Zirə”nin əvəzedicilərindən qələbə
Mahir Emreli oynadı, komandası uduzdu
Azərbaycan millisi Gürcüstana məğlub olub
"Turan Tovuz"un qələbəsi - VİDEO
"Qarabağ" və "Turan Tovuz"dan qələbə - YENİLƏNİB
Kurban Berdıyev: "Bu gün qələbə yaxşı oyundan daha çox vacib idi"
"Sumqayıt"ın baş məşqçisi: "Nəticə oyuna görə olmadı"
"Turan Tovuz” - “Sumqayıt” matçı üçün HEYƏTLƏR
Aziz Yıldırım Prezident İlham Əliyevlə görüşüb
"Neftçi SOCAR” yarımfinalda uduzdu
Azərbaycanlı futbolçu Türkiyə klubunda
Azərbaycanlı idmançı FIS Kontinental kubokuna vəsiqə qazanıb
MPL: "Turan Tovuz" "Sumqayıt"a, "Qarabağ" "Araz-Naxçıvan"a qarşı
Üç azərbaycanlı atlet Bakıdakı triatlon yarışının qalibi olub
"Neftçi" "Şəfa"ya belə qalib gəldi - VİDEO
“Sabah”, “Kəpəz” və “Şəfa”nın əvəzedicilərindən qələbə
Rüfət Abdullazadənin komandasından məğlubiyyət
Ramil Şeydayev oynadı, komandası qələbə qazandı