"Sabah" qapıçısı ilə vidalaşdı - RƏSMİ » Pressing.Az
"Sabah" qapıçısı ilə vidalaşdı - RƏSMİ
Manşet / Azərbaycan Futbolu 29-12-2022, 15:59

"Sabah" qapıçısı Aleksandr Neçayevlə yollarını ayırıb.

Pressing.az
xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

Xəbərə görə, 28 yaşlı qolkiperin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, belaruslu oyunçu 2022-ci ilin yanvarında 1,5 illik müqavilə imzalamışdı.