Xəbər lentiwidget-title-icon

Niderland millisində ciddi itki
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat alıb
Azərbaycan yığması Omanı məğlub etdi
“İrlandiya ilə oyunda müdafiədə çox zəif çıxış etdik” - AÇIQLAMA
"Şəfa" yoxlama oyununda məğlub oldu
Bakı şəhər çempionatına start verilib - NƏTİCƏLƏR
"Sabah" "Neftçi"yə qarşı - ABL
Danimarka millisində itki
Azərbaycan millisi İrlandiyaya uduzdu
“Kəpəz” 1-ci Liqa komandası ilə heç-heçə edib
"Lans"ı o çalışdıracaq - RƏSMİ
14 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Ulduz futbolçunun 3 illik evliliyi sona çatdı
Rövşən Nəcəf millimizi təbrik edib
Millətlər Liqasında 5-ci tura yekun vurulur
"Naxçıvan"da ABŞ-li oyunçu - RƏSMİ
“Kür” Mingəçevirdə Şimali Makedoniya klubuna məğlub olub
“Sabah”ın oyunçusu ÇL-də həftənin ən yaxşısı seçildi
"Sabah"ın qapıçısı millidə iki qol buraxdı
"Qarabağ"ın futbolçusu üçün millidə 90 dəqiqə
Azərbaycan millisinin Omanla oyunlarının vaxtı açıqlanıb
Ayxan Abbasov: "Sevindirici hal odur ki, Millətlər Liqasında məğlub olmadıq"
Niderlanddan darmadağın, Slovakiya Farer adaları ilə bacarmadı – NƏTİCƏLƏR
Azərbaycan millisi Lixtenşteynə qalib gəldi
Lixtenşteyn - Azərbaycan matçı üçün HEYƏTLƏR

"Forza Neftçi" boykotu dayandırdı

"Neftçi" klubu azarkeşlərinə müraciət edib.

Pressing.az
klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi son vaxtlar komandanın oyunlarını boykot edən azarkeşləri yenidən stadiona səsləyib:

"Əziz "Neftçi" azarkeşləri, bizi qarşıda həlledici oyunlar gözləyir. Son 5 döyüşdə azarkeşlərimizin dəstəyinizə ehtiyacımız var. İndiyə qədər olan proseslərdə gözləntiləri qarşılaya bilmədik. Ancaq düşünürük ki, hazırki vacib məqamda "Neftçi" adına hamımızın birləşmək zamanıdır. Hər zaman çətin vaxtlarda klubunun yanında olan siz azarkeşləri bir olmağa və komandamıza tribunadan dəstək verməyə çağırırıq. İnanırıq ki, yalnız birlikdə uğurlu nəticələr əldə edə bilərik. Odur ki, “Forza Neftçi” və digər azarkeşlərimizi bu vacib oyunlarda komandamızın yanında olmağa çağırış edirik.

“Neftçi" ailəsinin çətin zamanda necə bir olduğunu göstərmək zamanıdır".

Xatırladaq ki, "Forza Neftçi" azad azarkeş qrupu mart ayından komandanın oyunlarını boykot edib. Buna səbəb komandanın qeyri-stabil çıxışıdır.

Artıq komandanın əsas azarkeş qrupu "Forza Neftçi" də müraciətlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Klub tərəfindən edilmiş çağırışa “Neftçi” adını nəzərə alaraq cavab verir, eləcə də, keçdiyimiz günlər ərzində Müşahidə Şurası ilə təşkil olunmuş görüş zamanı klubun vəziyyəti, bundan əvvəl olanlar və qarşıdakı hədəflər haqqında müzakirələr apardığımızı bildirərək mövqeyimizi açıqlayırıq.

Klubun dirçəlməsi və layiq olduğu yerlərə qayıtması məqsədi ilə növbəti 5 oyunun vacibliyini qeyd edib, son zamanlar baş verənlərin və "flaqman"ın adına layiq olmayan hadisələrin təkrarlanmayacağına ümid edirik. Hər zaman arxasında durduğumuz komandanın bu çətin - 5 oyunluq periodunda yanında olacağımızı bildiririk.

Biz - azarkeşlər yenə də öz üzərimizə düşəni edəcəyik. Siz də atacağınız hər addımın azarkeşlər tərəfindən dəqiqliklə izlənəcəyini bilməli və prioritetinizin “Neftçi” adının yüksəklərdə saxlanmalı olduğunu sübut etməlisiniz".

Oxşar xəbərlər


Bütün xəbərlər