Renant Dadaşov Türkiyə klubu ilə müqaviləni ləğv edib » Pressing.Az
Renant Dadaşov Türkiyə klubu ilə müqaviləni ləğv edib
Dünya Futbolu Dünən, 15:18

Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov Türkiyənin "Ankaragücü" klubu ilə müqaviləsini ləğv edib.

Pressing.az
xəbər verir ki, bu barədə yerli "Sports Digitale" məlumat yayıb.

25 yaşlı hücumçu yanvarın sonunda paytaxt klubunun əsas komandasından kənarlaşdırılmışdı.

Dadaşovun müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulmuşdu.