Ozan Can Kökçünün komandasından məğlubiyyət » Pressing.Az
Ozan Can Kökçünün komandasından məğlubiyyət
Dünya Futbolu 4-10-2024, 15:03

Azərbaycan yığmasının üzvü Ozancan Kökçünün formasını geyindiyi Finlandiya HİK-i Konfrans Liqasının Liqa mərhələsində 2-ci tur oyununa çıxıb.

Pressing.az
xəbər verir ki, komanda "Luqano" ilə qarşılaşıb.

Matçda İsveçrə klubu 3:0 hesablı qələbə qazanıb. Kökçü də bu oyunda iştirak edib. O, start heyətdə meydana çıxıb və 80-cı dəqiqədə əvəzlənib.