FİFA-dan Etoya qadağa » Pressing.Az
FİFA-dan Etoya qadağa
Dünya Futbolu 1-10-2024, 11:00

Beynəlxalq Futbol Federasiyası (FİFA) Kamerun Futbol Assosiasiyasının prezidenti Samuel Etoya 6 ay müddətinə ölkəsinin kişi və qadınlardan ibarət milli komandalarının oyunlarına getməyi qadağan edib.

Pressing.az xəbər verir ki, buna 43 yaşlı sabiq futbolçunun nizam-intizam kodeksini pozması səbəb olub.

O, 20 yaşadək qızlar arasında keçirilən dünya çempionatının Kamerun – Braziliya matçında aqressiv davranışı və ədalətli oyun prinsiplərinin pozulmasında ittiham olunub.