Avro-2024: Dieqo Koşta hamını qabaqladı » Pressing.Az
Avro-2024: Dieqo Koşta hamını qabaqladı
Dünya Futbolu / Avropa Çempionatı 2-07-2024, 11:02

Avro-2024-ün 1/8 finalında bu gün Portuqaliya və Sloveniya yığmaları arasında keçirilən matçın ən yaxşı futbolçusu bəlli olub.

Pressing.az xəbər verir ki, Portuqaliya millisinin qapıçısı Dieqo Koşta görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

Xatırladaq ki, Koşta penaltirlər seriyasında rəqibin 3 zərbəsini dəf edib və 1/4 finala yüksəlmələrində böyük rol oynayıb.