"Beşiktaş" finalda » Pressing.Az
"Beşiktaş" finalda
Dünya Futbolu 8-05-2024, 09:30

Türkiyə Kubokunda ilk finalçı müəyyənləşib.

Pressing.az
xəbər verir ki, bu, "Beşiktaş"dır. İstanbul təmsilçisi yarımfinal cavab oyununda "Ankaragücü"nü 1:0 hesabı ilə məğlub edib. Bu komandalar arasında ilk görüşdə 0:0 hesabı qeydə alınmışdı.

Qeyd edək ki, kubokda ikinci finalçı "Fatih Karagümrük"lə "Trabzonspor" arasında keçiriləcək matçdan sonra müəyyənləşəcək. Final görüşü mayın 23-ü oynanılacaq.